Brodniklər (bordniklər, prodniklər) — XII–XIII əsrlərdə rus knyazlıqları ilə həmsərhəd olan ərazilərdə yaşayan, Azov dənizi, aşağı Don və Dnestr sahillərinin slavyan əhalisi. Bir versiyaya görə, "brodniki" adı "бродить", yəni sərsərilik mənasını verən slavyan sözündən gəlir.
Bu yerlərdə yaşayan ostqotlar və alanlar brodniklərin tərkibinə daxil olmaları ehtimal edilir. Bizanslı Nikita Akominat 1190-cı ildə öz əsərində brodniklərin tavroskiflərin bir qolu olduğunu müdafiə edirdi.[1] Başqa bir versiyaya görə, sərgərdanlar slavyan-roman mənşəli idi.[2]
Brodniklər gələcək Moldova knyazlığının ərazisində məskunlaşan valaxların cənub qonşuları idi. Brodniklər Bucakın şimal-qərb hissəsində, müasir Rumıniyanın Vrança və Qalats judetslərinin cənub hissəsində yaşayırdılar. Onların, həmçinin, Dnestr və Dnepr arasındakı sahildə yaşadıqları güman edilir.[2]