Brondbü FK

Brondbü (dan. Brøndbyernes Idrætsforening) - Danimarka peşəkar futbol klubu. 1964-cü ildə eyni adlı şəhərdə təsis edilmişdir. Ölkənin ən yüksək liqası olan Superliqada çıxış edir və ən titullu klublardandır.

Brondbü FK
Brøndby IF
Loqonun şəkli
Klubun rəsmi loqosu
Klubun tam adı Brøndbyernes Idrætsforening
Ölkə Danimarka Danimarka
Ləqəb(lər) Qərb bölgələrdən olan oğlanlar (dan. Drengene fra Vestegnen)
Rəng(lər) göy
Yaranma tarixi 1964
Stadionu Brondbü
Tutumu 29,000
Prezidenti Danimarka Yan Beh Andersen
Baş məşqçisi Norveç Nils Frederiksen
Liqa Danimarka Superliqa
2022/2023 V
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Tarixi[redaktə | mənbəni redaktə et]

1964-cü ildə yaradılan Brondbü həvəskar klub kimi altıncı liqada mübarizə aparmağa başlayır[1]. 1967-ci ildə klub Zelandseriyaya (5-ci liqa) yüksəlir. Daha bir neçə il sonra komanda gücünə görə dördüncü liqada - Danmarkseriyada mübarizə aparmağ başlayır.

1973-cü ildə Danimarka millisinin üzvü Finn Laudrup komandaya baş məşqçi təyin edilir. Finn Laudrup oğulları Mikael və Brianı isə Brondbünün uşaq məktəbinə gətirir. Lakin Finn Laudrup cəmi 3 il bu vəzifədə qalır.

Növbəti il Brondbü ikinci liqaya yüksəlir. 1981-ci ildə Finn Laudrup komandaya qayıdır. 1981/1982 mövsümü əlamətdar olur və klub ilk dəfə yüksək liqaya (o zaman I Divizion) vəsiqə qazanır. 1982-ci ildə Mikael Laudrup yenidən Brondbüyə qayıdır və mövsümün sonunda Yuventusa transfer olunur.

1985-ci ildə Brondbü ilk Danimarka çempionluğunu əldə edərək Çempionlar kubokunda çıxış etmëk hüququ qazanır.

Ümumiyyətlə 80-ci illərin ikinci yarısı və 90-cı illəri Brondbünün "qızıl dövrü" adlandırmaq olar. Bu aralıqda komanda 8 dəfə ölkə çempionu olmaqla yanaşı 4 dəfə ikinci və ikindəfə üçüncü pilləni tutmuşdur.

Daha 2 çempionluq 2001/2002, 2004/2005[2] mövsümlərində əldə edilir. Ancaq bu uğurlardan sonra klub hələki birinci yeri tuta bilməyib.

Uğurları[redaktə | mənbəni redaktə et]

  • Superliqa (10): 1985, 1987, 1988, 1990, 1991, 1995/96, 1996/97, 1997/98, 2001/02, 2004/05
  • Danimarka kuboku (7): 1988/89, 1993/94, 1997/98, 2002/03, 2004/05, 2007/08, 2017/18
  • Danimarka liqa kuboku (2): 2005, 2006

Heyət[redaktə | mənbəni redaktə et]

16 sentyabr 2019-cu il tarixinə olan məlumat.[3]

Nömrə Ölkə Mövqeyi Futbolçu
1 Almaniya GK Marvin Sxvabe
2 Danimarka DF Yens Qammelbi
3 Almaniya DF Entoni Yunq
4 Norveç DF Siaurd Rosted
5 Danimarka DF Andreas Maxsö
6 İslandiya DF Hyörtur Hermannsson
7 Almaniya MF Dominik Kayser
8 Danimarka MF Kasper Fisker
9 Slovakiya FW Samuel Mraz (Empolidən icarədə)
10 Almaniya MF Hani Muxtar
11 Danimarka FW Mikael Uhre
12 İsveç MF Simon Tibblinq
13 İsveç DF Yohan Larsson
14 Danimarka DF Kevin Mensah (vitse-kapitan)
16 Danimarka GK Mikael Törnes
Nömrə Ölkə Mövqeyi Futbolçu
17 Danimarka FW Andreas Bruus
18 Danimarka MF Yesper Lindström
19 Danimarka MF Morten Frendrup
20 Polşa FW Kamil Vilçek (kapitan)
21 Danimarka MF Lasse Viqen Kristensen
22 Xorvatiya MF Yosip Radoşeviç
24 Danimarka DF Coel Kabonqo
27 İsveç FW Simon Hedlund
28 Danimarka DF Anton Skipper
29 Danimarka MF Peter Byur
30 Danimarka GK Mads Hermansen
42 Norveç MF Tobias Börkeeiet
50 Xorvatiya FW Ante Erceq

Məşhur futbolçuları[redaktə | mənbəni redaktə et]

Danimarka Peter Şmeyxel

Danimarka Mikael Laudrup

Danimarka Brian Laudrup

Danimarka Lars Olsen

Danimarka Mikael Krondelli

İsveç Yohan Elmander

Nigeriya Uçe Okaçukvu

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Brondby İF-Clup history|Transfermarkt". 2016-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-31.
  2. "Danish Superliga 2004/2005 table". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-31.
  3. "Superliga-truppen - Brøndby IF". brondby.com. 19 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 November 2017.