Brukfild hamamı

Brukfild hamamı BLB 701 və BLB702 — Neft məhsullarının dinamiki özlülüyünü təyin edən aparat.

BLB seriyalı aşağı temperaturlu Brukfild hamamı[redaktə | mənbəni redaktə et]

BLB seriyalı aşağı temperaturlu Brukfild hamamı – neft məhsullarının ASTM D2983 üsulu ilə geniş temperatur intervalında (-700C-+300C) dinamiki özlülüklərini ölçən stolüstü cihazdır. Sınaq üçün lazım olan aşağı temperatur - çihazın içində quraşdırlımış hermetik refrijeratorun (soyuducunun) istifadəsi nəticəsində əldə edilir.

Cihaz rəqəmsal temperatur nəzarətçisi, Brukfild viskozimetri, 12 yuva saxlayıcı və iri nəzarət pəncərəsi ilə təchiz olunub.

Şüşə yuvası və şpindel[redaktə | mənbəni redaktə et]

Yuvasaxlıyıcıların unikal konstruksiyası nümunələrin temperaturunun stabil olmasını təmin etməklə bərabər maksimal dəqiq nəticələrin əldə edilməsinə imkan yaradır. Eyni zamanda hər bir yuvacıqla ayrı-ayrılıqda işləmək mümkündür.

Cihazın içində quraşdırlımış çərəyan sistemi analizin fasiləsiz yerinə yetirilməsini təmin edir. Bu da onun ümumi elekrik şəbəkəsindən asılı olmasını aradan qaldırır.

Brukfild aşağı temperatur hamamının texniki göstəriciləri[redaktə | mənbəni redaktə et]

Texniki göstəricilər

  • İş temperaturların diapazonu,0C - BLB 701 modeli üçün: -40...+30
  • BLB702 modeli üçün: -70...+30
  • Temperaturun saxlama dəqiqliyi, 0C - ±0,1
  • Hamamın ölçüsü, sm - 42x53x66
  • Rezervuarın həcmi, litr - 11,5
  • Soyutmanın orta sürəti, 0C/saat - 30
  • Elektrik qidalanma - 220V; 1 faza; 10A: 50...60Гц
  • Qızdırma gücü, Vatt, B - 600

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]