Buçeqi Təbiət Parkı

Buçeqi Təbiət Parkı (rum. Parcul Natural Bucegi) — Cənubi Karpat bölgəsindəki Buceqi dağlarının ərazisində yerləşən, Rumıniyada bir mühafizə sahəsi. Buçeqi Təbiət Parkının ərazisi 32,663 ha-dır. Rumıniyada Braşov, DımboviţsaPraxova mahallarının inzibati ərazisində yerləşir[2].

Buçeqi Təbiət Parkı
rum. Parcul Natural Bucegi
Sahəsi 32.663 ha
Yaradılma tarixi 27 yanvar 1992, 1990[1]
Yerləşməsi
45°22′37″ şm. e. 25°26′42″ ş. u.HGYO
Ölkə  Rumıniya
Buçeqi Təbiət Parkı
Buçeqi Təbiət Parkı xəritədə
Buçeqi Təbiət Parkı
Buçeqi Təbiət Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uzun müddət, 20-ci əsrin əvvəllərindən etibarən Buçeqi dağ silsiləsinin nadir və zəngin florası həm Rumıniyanın özündən, həm də xaricdən olan bir çox tədqiqatçı və təbiət həvəskarlarının diqqətini çəkir[3]. Buçeqi dağlarında mühafizə zonası təşkil etmək üçün ilk təkliflər 1936-cı ilə aiddir[4]. Turizmin inkişafı və təbii sərvətlərdən maksimum istifadə ilə ərazinin bioloji müxtəlifliyini kütləvi şəkildə məhv olmaq təhlükəsi yaratmışdır. Buna görə hökumətin 01.27.1990 tarixli əmri ilə Buçeqi Təbiət Parkını yaratmaqla yerli təbiətin qorunması üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Buçeqi təbiət parkının coğrafi sərhədləri Rumıniya hökumətinin 4 mart 2003-cü il tarixli 230 nömrəli qərarı ilə biosfer qoruqlarının, təbii və milli parkların delimitasiyası və təbii parkın administrasiyasının yaradılması haqqında qərarı ilə müəyyən edilmişdir[3][5].

Təbiət parkına mağaralar, çuxurlar, dərələr, silsilələr, kanyonlar, vadilər, şəlalələr, otlaqlar və müxtəlifliyi qoruyan meşələr olan dağlıq bir bölgə daxildir. Parkda Babel və Buçeqi sfinksi kimi qayalı çıxıntıları ilə məşhurdur.

Parkın təsviri

[redaktə | mənbəni redaktə et]

Park Braşov, DımbovitsaPraxova judetslərinin bir hissəsində yerləşir. Parkın administrasiyası Dımbovitsa judetsinin Moroen kommunasında yerləşir.

Parkın ərazisi 32.663 ha-dır. Parkda həmçinin 14 təbiət qoruğu var - bitkilərin, ağacların, əhəng daşı formasının daha yüksək dərəcədə qorunmasını tələb edən ərazilər. Qoruqlar təxminən 12.770 hektar ərazini, yəni parkın təqribən 35%-ni təşkil edir.[6][7]

  1. Nationally designated areas (CDDA) (ing.).
  2. protectedplanet.net - Bucegi Natural Park (location) Arxivləşdirilib 2019-08-20 at the Wayback Machine; retrieved on June 23, 2012
  3. 1 2 "Parcul Natural Bucegi - Istoricul parcului". http://www.bucegipark.ro. 2018-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 квітня 2019. (rum.)
  4. "Bine ati venit". http://www.bucegipark.ro. 2019-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 квітня 2019. (rum.)
  5. "Hotărâre nr. 230 din 4 martie 2003". Portal Legislativ http://legislatie.just.ro. 2019-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 квітня 2019. (rum.)
  6. "Bucegi National Park". Transylvania Beyond http://www.transylvaniabeyond.com. Transylvania Regional Board. 13 квітня 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 апреля 2019. (rum.)
  7. "Parcul Natural Bucegi - Rezervatii naturale". http://www.bucegipark.ro. 2018-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 апреля 2019.