Buğda tripsi

Buğda tripsi lat. Haplothrips tritici Kurd.-Buğda tripsinin yetkin forması qaramtıl rəngdə olub, 1,5–2 mm böyüklükdədir.

Buğda tripsi
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Buğda tripsinin yetkin forması qaramtıl rəngdə olub, 1,5–2 mm böyüklükdədir. Qarıncığın axırıncı buğumu boru halında uzanaraq, konusvari forma almışdır. Sürfə xarici görünüşünə görə yetkin formaya çox oxşayır. O, ancaq qırmızı rəngdə olur. Buğda tripsi deşib-soran ağız aparatına malik olub, taxıl bitkilərinin, o cümlədən payızlıq və yazlıq buğdanın zərərvericisidir.

Buğda tripsinin xarakterik bioloji xüsusiyyətindən biri ondan ibarətdir ki, o, müxtəlif amillərdən (o cümlədən mikroiqlimdən) asılı olaraq bütün taxıl sahələrində eyni dərəcədə yayılmır və onun yayılması müəyyən ocaqlar şəklində olur. Azərbaycanda buğda tripsinin yaşayış tərzinə dair olduqca az elmi-tədqiqat işləri aparılmışdır. Buna baxmayaraq onun biologiyasının aşağıdakı bəzi cəhətlərini göstərmək olar: Sürfələr gövdə daxilində və torpağın üst qatında qışlayır. Erkən yazda havanın orta gündəlik temperaturu 10oC-yə çatdıqda qışlamadan çıxan sürfələr əvvəlcə pronimfa, sonra isə nimfa fazasına çevrilir. Payızlıq taxılların sünbülləmə dövrünə qədər olan müddət ərzində tripsin yetkin formasaı əmələ gəlir. Bu formalar əvvəlcə payızlıq, sonra isə yazlıq taxıllara yoluxur və burada qidalanaraq sünbül pulcuqları içərisinə yumurta qoyur. Yumurtadan çıxan sürfələr sünbül pulcuğu və süd yetişmə dövründə olan dənlərin şirəsi ilə qidalanır.[1] Qidalanma nəticəsində pulcuqlar rəngini dəyişir, dənlərdə girinti-çıxıntılıq əmələ gəlir. Belə dənlər çəkisini itirir və cılızlaşır. Məhsul yığımı dövründə sürfələr torpağın üst qatına düşərək qışlamağa gedir.

Tovuz və Qazax rayonlarında yayılmışdır.

  1. Kənd təsərrüfatı entomologiyası, S.R.Məmmədova, B.B.Xəlilov, 1986, səh 159
  1. Kənd təsərrüfatı entomologiyası, S.R.Məmmədova, B.B.Xəlilov, 1986, səh 159