Buş Doktrinası — 43-cü Amerika Birləşmiş Ştatları Prezidenti Corc U. Buş tərəfindən ortaya qoyulan müxtəlif xarici siyasətləri özündə ehtiva edən doktrinadır. 11 Sentyabr hücumlarından sonra inkişaf etdirilən və 2002-ci ilin 20 sentyabr tarixində The National Security of the United States başlığı və Buşun imzası ilə nəşr olunan və bütün dünyanı bir müharibə meydanı olaraq görən “Yeni Amerikan Milli Təhlükəsizlik Strateqiyası”na görə;[1] potensial təhdid yaratdığı illərdə problem yarada biləcəyi düşünülən hər bir quruluş və ya ölkəyə qarşı harada yerləşirsə yerləşsin “vurulmadan öncə vurmaq” fəlsəfəsi adı altında qarşılıq verilməli və lazım gələrsə düşmən dövlətlərdəki rejimlər dəyişdirilməlidir. Əfqanıstan müharibəsi də bu doktrina çərçivəsində aparılmışdır.[2]