Bua-de-Vo qəbiristanlığı (fr. Cimetière du Bois-de-Vaux) — İsveçrənin Lozanna şəhərinin mərkəzi nekropollarından biri.
Qəbiristanlıq | |
Bua-de-Vo qəbiristanlığı | |
---|---|
Ölkə | |
Yerləşdiyi yer | Lozanna[1], Vo kantonu[1] |
Dəfn sayı | 26 min |
Sayt | lausanne.ch |
46°31′06″ şm. e. 6°36′09″ ş. u.HGYO | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qəbiristanlıq milli əhəmiyyətli mədəni irs kimi tanınır (fr. bien culturel suisse d'importance national).
Qəbiristanlığın açılması qərarı XX əsrin əvvəllərində, Lozannanın digər qəbiristanlıqlarında dəfn üçün, demək olar ki, yer qalmadığı üçün qəbul edildi. Yeni nekropolun memarlıq dizaynı üçün müsabiqə elan edildi, qalib Alfons Laverryer oldu. Parisdəki Per-Laşez qəbiristanlığından ilham alan Laverryer, 1922-ci ildən 1951-ci ilə qədər qəbiristanlığın ümumi konsepsiyası üzərində işləmişdir: Bua-de-Vonun mərkəzində fəvvarə və güllüyü olan park sahəsi düzəltdi, eyni zamanda öz məzarının və bir sıra digər məzar daşlarının layihəsini hazırladı.
Hazırda dəfnlərin ümumi sayı 26 minə çatır[2]. Müasir Olimpiya Oyunlarının qurucusu Pyer de Kuberten və Koko Şanel də daxil olmaqla bir çox məşhur insanlar burada dəfn olunmuşdur.
Şəhərdə dəfn edilməsini istəyən ABŞ yepiskopu Çarlz Brent 1929-cu ildə Lozanna şəhərində vəfat edəndə, hakimiyyət qəbiristanlıqda tanınmış əcnəbilərin dəfn edilməsi üçün bir yer ayırmışdı[3].