Bucaq (Qaqauziya)

BucaqMoldova Respublikasının tərkibinə daxil olan Qaqauziya Muxtar ərazisində kənd.

Moldova Respublikasının muxtar ərazisi olan Qaqauziyada yerləşən Bucaq kəndində əhalinin sayı 2004-cü ildə əhalinin siyahıya alınmasına dair statistik məlumata əsasən 1525 nəfərdir.[1]. Onlardan 942 nəfəri qaqauz, 305 nəfəri moldovan, 115 nəfəri rus, 85 nəfəri ukraynalı, 56 nəfəri bolqar, 4 nəfəri isə qaraçıdır. Kənd dəniz səviyyəsindən 46 metr yüksəklikdə yerləşir. Kənddə Komrat dəmiryol stansiyası yerləşir.

31 may 1978-ci ildə Moldoviya SSR-nin Komrat rayonundakı "Bucaq" sovxoz-zavod yaşayış məntəqəsi əsasında Bucaq şəhər tipli qəsəbəsi təşkil olunmuşdur. Moldova müstəqillik əldə etdikdən sonra Bucaq şəhər tipli qəsəbədə əhalinin sayının azalması ilə əlaqədar o, kənd adlandırılmışdır.

  1. Statistica Moldovei. «[1] Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine». Accessed March 8, 2009.