Budapeşt Hill Qala funikulyoru

Budapeşt Hill Qala funikulyoru və ya Budavári Sikló — Macarıstanın Budapeşt şəhərində yerləşən bir funikulyor. Adam Klark Meydanı və çay səviyyəsindəki Zəncirli körpüsü yuxarıdakı Buda qalası ilə birləşdirir.

Budapeşt Hill Qala funikulyoru
Budapeşt funikulyoru.
Budapeşt funikulyoru.
İstismarı 2 mart 1870
Sürəti 5.4 m/saniyə
Tətbiqi Sərnişindaşınma
İnfrastrukturu Elektrik şəbəkəsi, rels və kanat yolu

Xətt 2 mart 1870-ci ildə açılır. Funikulyor 1920-ci ildən bəri bələdiyyə mülkiyyətindədir. İkinci Dünya müharibəsi zamanı tamamən məhv edilir. 4 iyun 1986-cı ildə isə yenidən açılır. Xəttin bir xüsusiyyəti, onu keçən iki piyada körpüsünün olmasıdır. Xəttin açılışında bu piyada körpüləri mövcud olur. Ancaq qala bağının genişləndirildiyi 1900-cü ildə bu körpülər ləğv edilir. 1983-cü ildə orijinal dizaynına əsasən bərpa edilirlər[1].

Tarix[redaktə | mənbəni redaktə et]

Xəttin inşasına 1868-ci ilin iyulunda başlanılır. İlk sınaq buraxılışı 23 oktyabr 1869-cu ildə baş tuturdildi. Budapeşt Hill Qala funikulyoru 2 mart 1870-ci ildən bu yana xalqın ümumi istifadəsinə verilir.

İkinci Dünya müharibəsi zamanı vaqonlar və terminallar bomba ilə məhv edilir.

Funikulyorun qalıqları daha sonra sökülür. Funikulyoru Eskalatorlarla əvəzləməyi daha sonra nəzərdən keçirirlər. Funikulyorun yenidən qurulması 1965-ci ildə qərara alınır. Bununla bağlı hətta bir neçə plan da təqdim edilir. Ancaq tikinti işləri təxirə salınır. İki terminal ("V" xətti) arasında bir minibus xidməti 1975-ci ildə istifadəyə verilir. Bu xətt 1986-cı ildə funikulyor yenidən açılana qədər fəaliyyət göstərir.

Texniki xüsusiyyətlər[redaktə | mənbəni redaktə et]

Xətt aşağıdakı texniki parametrlərə malikdir[2]:

  • Uzunluq: 95 metr (312 fut)
  • Hündürlük: 51 metr (167 fut)
  • Maillilik: 31.75 °
  • Vaqon sayı: 2
  • Tutumu: bir vaqonda 24 sərnişin
  • Konfiqurasiya: qoşa yol
  • Maksimum sürət: saniyədə 1,5 metr (4.9 ft/s)
  • Ölçü: 1435 mm (4 fut 8 1⁄2)
  • Güc: Elektrik
  • Səyahət vaxtı: 1,1/2 dəqiqə

Əməliyyat[redaktə | mənbəni redaktə et]

Xətt BKV (Mass Transport Company of Budapest) tərəfindən idarə olunur. Hər gün 07.30-dan 22.00-dək fəaliyyət göstərir[3]. Xüsusi tariflərə tabedir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Budapest - Castle Hill Funicular (Hungary)". funimag.com. October 23, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 5, 2007.
  2. "Budavári Sikló". funiculars.net. January 28, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 5, 2007.
  3. "Opening Hourse – Buda Castle Funicular". BKV. November 29, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 4, 2018.