Budaqlı danaya

Budaqlı danaya - ( lat. Danae racemosa (L.) Moench).  Bigəvərkimilər—(Ruscaceae Hutch.) fəsiləsinə aid bitki növü.

Budaqlı danaya
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Budaqlı danaya
Beynəlxalq elmi adı

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu: “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür.[1] 

Qısa morfoloji təsviri:[redaktə | mənbəni redaktə et]

Qısa, sürünən, üfüqi kökümsov gövdəli həmişəyaşıl, qollu-budaqlı yarımkoldur. Gövdəsinin uzunluğu 0, 5-1, 5 (2, 5) m-dir. Çiçək salxımlarının uzunluğu 4-7 sm-dir, (3) 6 -16 (20)çiçəklidir, təpə budaqlarındakıkaldodidlərin qoltuqlarında yerləşmişdir və üst tərəfdən buğumlara ayrılmışdır. Çiçəkləri xırda ikicinslidir, diametrləri 3 mm-ə yaxındır; çiçəkyanlığı sənəkvari şəkildə və ağdır, bir qədər lətlidir, deltaşəkilli 6 dişiciyi vardır. Erkəkcikləri 6-dır, onların telləri birləşib, boru şəklini almışdır. Giləmeyvələri kürəvi, lətli, qırmızı rəngli, birtoxumlu, diametri 6-8 (10) mm-dir.[2] [3]

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri:[redaktə | mənbəni redaktə et]

May-iyul (avqust) aylarında çiçəkləyir. Oktyabr ayında meyvə verir. Tozlanması anemofildir. Toxumla və vegetativ yolla çoxalır. Həyat forması nanofanerofitdir. İstisevən və kölgəyə davamlıdır. Torpağa qarşı az tələbkardır. Dəniz səviyyəsindən 1200 m hündürlükdə aşağı və orta dağ qurşaqlarında, rütubətli və kölgəli, enliyarpaqlı meşələrdə, qayalıqlarda və meşəli dərələrdə, ağacqayın-fıstıq, vələs-fıstıq meşələrində və dağ dərələrinin qarışıq meşələrində ağaclar arasında bitir. [3][4] Dekoartiv və alkaloidli bitkidir. Xalq təbabətində istifadə olunur. 


Yayılması:[redaktə | mənbəni redaktə et]

Lənkəran ovalığı (Astara rayonunun Şüvi, Bürcəli, Aşağı və yuxarı Apo kəndləri) və dağlıq hissəsi (Lerik rayonun Vistan kəndi), Böyük Qafqazın şərqi (Qəbələ rayonunun Qüybəd dağı, İsmayıllı rayonunun Xanəgah kəndi) [2][5]. Hirkan Milli Parkının ərazisi (Vəşərüd, Astaraçay, ovala, Nıvıştaru, Lomin çayları kənarları) [2][5]

Sayı və tendensiyası:[redaktə | mənbəni redaktə et]

Populyasiyanın sayında azalma müşahidə edilir.

Məhdudlaşdırıcı amillər:[redaktə | mənbəni redaktə et]

Meşə sahələrindən kənd təssərüfatı əkinləri üçün istifadə edilməsi, yerli əhali tərəfindən yem kimi toplanılması, budaqlarının buket, əklil və bəzək üçün istifadə edilməsi. 

Mühafizə tədbirləri:[redaktə | mənbəni redaktə et]

Şahdağ Milli Parkında və Hirkan Milli Parkında mühafizə olunur. 

Məlumat mənbəsi[redaktə | mənbəni redaktə et]

  1. http://redbook.az/?options=project&id=A%C4%9F%20suzanba%C4%9F%C4%B1[ölü keçid]
  2. 1 2 3 Флора Азербайджана, 1952
  3. 1 2  Prilipko L.İ. 1961
  4.  Azərbaycan SSR-in Qırmızı kitabı, 1989
  5. 1 2 Səfərov H.M., Fərzəliyev V.S., 2008