Buddist bayrağı — XIX əsrin sonunda buddizmin simvolu olaraq yaradılmış bayraq. Hər biri eninin 1/6 hissəsini tutan beş şaquli zolaqdan (mavi, sarı, qırmızı, ağ və narıncı) ibarətdir. Altıncı hissə şaquli zolaqların rənglərini təkrarlayan (aşağıda narıncı) beş üfüqi zolaqdan ibarətdir.[1] 1952-ci ildə Ümumdünya Buddistlər Konqresində dünya Buddist bayrağı kimi tanınmışdır.[2] Bu bayrağın müxtəlif modifikasiyaları var.[1]
Buddist bayrağı | |
---|---|
Təfərrüatlar | |
Vikianbarda əlaqəli mediafayllar |