Budo-Qlimt FK

Budö-Qlimt Futbol Klubu (norv. Fotballklubben Bodø/Glimt), qısaca Budö-Qlimt (norv. Bodø/Glimt), Budö və ya keçmiş adı ilə QlimtNorveçin Nurlann qraflığındakı Budö şəhərini təmsil edən peşəkar futbol klubu. Hazırda Norveç futbolunun ən yüksək təbəqəsi olan Elitseriyada çıxış edən klub 1916-cı ildə yaradılıb.

Budö-Qlimt FK
norv. FK Bodø/Glimt
Klubun tam adı Budö-Qlimt Futbol Klubu (norv. Fotballklubben Bodø/Glimt)
Ölkə
Ləqəb(lər) Glimt ("Qlimt"), Superlaget ("Super komanda"), Den Gule Horde ("Sarı orda")
Rəng(lər) Sarı, qara
Yaranma tarixi 19 sentyabr 1916
Stadionu Aspmira Stadionu
Tutumu 8 270
Prezidenti İnqe Henninq Andersen
Baş məşqçisi Kyetil Knutsen
Liqa Futbol üzrə Norveç çempionatı
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Budö-Qlimt" Elitseriyanın 2020, 2021 və 2023 mövsümlərini qazanaraq Norveç futbolunun üçqat çempionu olub. Onlar həmçinin doqquz dəfə hazırda ləğv olunmuş Şimali Norveç Kubokunu və iki dəfə Norveç Kubokunu qazanıblar. Klub həm də 1975-ci ildə Norveç Kubokunu qazanaraq ölkənin şimalından milli titulu qazanmış ilk komanda, o cümlədən regiondan milli liqanın qalibi olmuş ilk komanda olub.[1]

Klub sarı formaları və tərəfdarların matçlara gətirdikləri, 1970-ci ildən bəri tərəfdarlarının simvolu olan nəhəng sarı diş fırçaları ilə tanınır. "Budö-Qlimt" 2018-ci il mövsümü ərəfəsində yüksək liqaya yüksəldikdən sonra tarixinin ən böyük uğurunu yaşadı, ardıcıl olaraq iki dəfə liqa qalibi oldu, ardınca UEFA Konfrans Liqasının 1/4 finalına və Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməyi bacardı, amma növbəti mövsümdə Avropa Liqasına düşdü.

  1. Smith, Rory. "Norway Has a Must-See Team. Barely Anyone Can Watch It". The New York Times. 8 November 2020. 27 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 July 2022 – NYTimes.com vasitəsilə.