Budun bayır dəri siniri

Budun bayır dəri siniri- n. cutanens femoris lateralis, bel kələfindən başlayıb ön yuxarı qalça tinindən içəri tərəfə dəri altına çıxaraq budun bayır səthinin dərisini innervasiya edir. Bu sinirin bir şaxəsi sağrı nahiyəsinin dal səthinin aşağı hissəsini, digər şaxəsi isə budun bayır səthinin dərisini diz oynağına kimi innervasiya edir.