Bufer zolaqları


BUFER ZOLAQLARI – meylli və dik yamaclarda səthi su axınlarının birləşərək böyük axın əmələ gətirməsinin qarşısını almaq məqsədilə yamacın eni istiqamətində ot bitkiləri və ya kollardan ibarət zolaqlar. Bufer zolaqları düzəldilərkən onların eni yamacın meylliyindən, uzunluğundaneroziya prosesinin intensivliyindən asılı olaraq təyin edilir. Yamac çox dik olduqda bufer zolaqlarının eni 2,5-10 m və daha çox, zolaqlar arasındakı məsafə 20-100 m götürülür. Əkin istiqamətində hər 10-15 m-dən bir daha sıx səpin aparmaqla da (3,5 m enində) bufer zolaqları yaratmaq olar. [1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

eroziya yamac

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Əliyeva N.Ə. Hidrometeoroloji lüğət. Bakı 2005., 246 s