Bukollar üsyanı

Bukollar üsyanıMisirdə Roma ağalığına qarşı imperator Mark Avrelinin hakimiyyəti zamanı, 172-ci ildə (başqa məlumatlara görə 174-cü və ya 175-ci ildə) baş vermiş üsyan. Üsyan iştirakçıları bukolların adları Nilin deltasındakı bataqlaşmış yer olan Bukoliya (II əsrin ortalarında kəndlilər ağır vergilərmükəlləfiyyətlərdən buraya qaçıb gəlirdilər) ilə əlaqədardır. Kahin İsidorun başçılığı ilə bukollar Roma legionlarını darmadağın edərək bütün Aşağı Misiri tutmuş və İsgəndəriyyəyəyə çatmışdılar. Misirdəki Roma prefektinin öldürülməsindən sonra üsyanı yatırmaq üçün çağrılmış Suriyadakı prefekt, sərkərdə Avidi Kassi üsyançılar arasındakı ixtilaflardan istifadə edərək Bukollar üsyanını yatırmışdır.[1]

  1. Буколлар үсјаны // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: ИталијаКуба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 60.