Bulaqbaşı kəhrizi

Bulaqbaşı kəhriziSədərək rayonundakı eyniadlı kəndin şimalında kəhriz.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Sədərək əhalisi qədimdən bu içməli su mənbəyindən istifadə etmişdir. Sərhəd bölgəsində olduğundan ermənilər kəhrizi yararsız hala salmışlar. Kəhriz 1992-ci ildə onların atdığı top mərmilərindən dağıdılmışdı. 1997-1998-ci ildən başlayaraq BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının xüsusi proqramının həyata keçirilməsi ilə əlaqədar Bulaqbaşı kəhrizi əsaslı surətdə təmir və bərpa olunmuşdur. Sədərəyin müxtəlif məhəllələrini içməli su ilə təmin etmək məqsədilə 5 kilometr uzunluğunda yeni su kəməri çəkilmiş, nasos stansiyası qurulmuş, 10 ədəd bulaq-abidə tikilib istifadəyə verilmişdir. [1]

  1. Naxçıvan ensiklopediyası.Bakı.2002.594 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]