Bultan əməliyyatı

Bultan əməliyyatı - 1991-ci ildə Füzuli cəbhəsində Səməd Alyanlının (Əbilov) başçılığı ilə uğurla həyata keçirilən əməliyyat.

Hələ Milli Ordu yaranmadığı bir vaxtda Füzuli rayonunun müdafiəsini "Alyanlı" dəstəsi təşkil edirdi. Dəstə 1988-ci ildə yaradılmışdı, komandiri Səməd Alyanlı idi. Dəstə ən çox Haxullu kəndini müdafiə eləyirdi.

1991-ci ilin axırları Xüsusi Tayinatlı Milis Dəstəsinin (OMON) üzvləri Bultan kəndində mühasirəyə düşürlər. Dəstanin komandiri Mehdi Abbasov idi. Mühasiradə olanların patronları bitmək üzrə idi. Düşmən onları əsir almaq istəyirdi. Bu zaman "Alyanlı" dəstəsi 11 nəfərlə mühasirədə olan dastava köməyə gəlir. Səməd Alyanlı mühasirədə olan kəndə vaxt itirməmək üçün birbaşa girməyi planlaşdırılır. "Alyanlı" dəstəsinin üzvləri özlərini mühasirədə olanlara çatdırırlar, patronlar bölüşdürülür. Hücuma keçirlər. Nəticədə dəstə mühasirədən çıxır, kənd boşaldılır, düşmənin 40-a yaxın canlı qüvvəsi məhv edilir.