Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 1 saniyə əvvəl Eminn (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Respublika ərazisində buludluluğun rejiminə və paylanmasına daha çox sirkulyasiya prosesləri və mürəkkəb relyef quruluşu təsir göstərir. Buludluluğun yaranması, aydın və tutqun hava şəraitinin növbələşməsi həm frontal, həm də yerli atmosfer prosesləri nəticəsində baş verir.[1]
Qışda dağlara doğru buludluğun azalması onunla nəticələnir ki, 1000-1200 m-dən başlayaraq buludsuz günlər buludlu günlərə nisbətən üstünlük təşkil edir. Yüksəkliyin artması ilə buludluq tədricən azalır. Məsələn, Böyük Qafqazın və Kiçik Qafqazın yüksək dağlıq hissələrində aydın günlərin təkrarlanma ehtimalı 45-50%-dirsə, buludlu günlərin təkrarlanma ehtimalı 30-40 %-dir. Eyni zamanda, yüksək dağlığın bəzi hissələrində yerli şəraitlə əlaqədar olaraq tutqun günlərin təkrarlanma ehtimalı, aydın günlərin təkrarlanmasını üstələyə bilər.[2]
Yazın əvvəlində Kür-Araz ovalığında buludluluq şəraiti çox az fərqlənir. Lakin, apreldən başlayaraq burada səmanın tutqunluq dərəcəsi tədricən azalaraq yayın ortasında minimum səviyyəyə düşür. Dağlıq rayonlarda isə əksinə, hündürlüyün artması ilə yazdan yaya doğru buludluq yüksəlir. Kür-Araz ovalığında orta aylıq buludluğun ən yüksək kəmiyyəti fevralda müşahidə edilir. Dağlarda 1000 m yüksəklikdə belə hal marta, 1300 m-də aprelə, 1600 m-də maya, 2000-2400 m-də iyuna keçir. 2400 m-dən yuxarıda əks proses nəzərə çarpmaqla maksimum buludluğun kəmiyyəti may-aprel aylarında müşahidə edilir. Yayda, ərazinin əksər hissəsi, xüsusən sahilboyu düzənlik və dağətəyi hissələr aydın və azbuludlu günlərin sayının üstünlüyü ilə səciyyələnir ki, bu da ümumi buludluluğun az olması deməkdir. Yayda buludsuz günlərin təkrarlanması ehtimalı Naxçıvan MR-sı üçün daha səciyyəvidir ki, bu da iqlimin kəskin kontinentallığı ilə əlaqədardır. Elə illər olur ki, burada üç ay yay ərzində tutqun buludlu gün qeyd edilmir. İyul-sentyabr aylarında aydın səmalı günlər 75-82 %, tutqun günlər isə cəmi 7-10 % təşkil edir.
Payız aylarında respublikanın demək olar ki, hər yerində (yüksək dağlığı çıxmaqla) buludluluğun artması nəzərə çarpır. Payızda daha yüksək buludluq dağətəyi və düzənlik rayonlarda müşahidə edilir və tutqun səmalı günlərin sayı oktyabrda avqusta nisbətən iki dəfə çox olur. Bu dövrdə daha tutqun səma sahilboyu zona hesab edilir ki, burada tutqun günlərin ehtimalı 40-50%, adi günlərin ehtimalı isə 20-22 %-dir. Noyabrda sahilboyu zonada buludlu günlərin təkrarlanma ehtimalı 60-70%-ə qədər yüksəlir. Kür-Araz ovalığında tutqun səmanın təkrarlanma ehtimalı noyabrda 40-55 %, aydın günlər isə 28-32 % təşkil edir.[3]