Bulukta çayı — Rostov vilayəti ərazisindən axan çay. Bulukta çayı Sal çayının sol qolunu təşkil edir. O isə öz növbəsində Azov dənizinə tökülür. Bulukta çayının uzunluğu 29 kilometr təşkil edir[1]. Hövzəsinin sahəsi isə 189 km²-dir. Sal çayının mənsəbinə 750 km qalmış ona tökülür. Burada nərəkimilər, karp, som və digər balıqlara rast gəlmık mümkündür. Burada həvəskar balıqçılıq inkişaf etmişdir. Çay əsasən yağış, qar və yer altı sularla qidalanır. Bölgəyə xass xüsusiyyətlərdən biri yazda suyunda gur sululuq müşahidə edilir. Bu isə qar sularının əriməsi ilə əlaqədardır. Əsasən kol basmış düzən ərazidən axır. Çay sistemi: Butulka → Sal → Don → Azov dənizi.
Bulukta çayı | |
---|---|
rus. Булукта | |
Ölkə | Rusiya |
Mənsəbi | Sal çayı |
Uzunluğu | 26 km |
Hövzəsinin sahəsi | 189 km² |
DSR[rus.] | 05010500112107000015032 |
«Bulukta» adı monqol dilində olan «buluk» və ya «bulaq» sözlərindən əmələ gəmişdir. Yəni Azəbaycan dilində belə eyni anlamı verir[2]
Çay öz başlanğıcını Sals-Manıç cərgəsinin şimal hissəsindən götürür[3]. İnzibati cəhətdən Rostov vilayətinin Remontnenski rayonu, Denisovski qəsəbəsi ərazisindən başlayır. İlk əvvəl çay şimal istiqamətdə axır. Novoprivolnı qəsəbəsi qəsəbəsi yaxınlığında şimal-şərqə istiqamətlənir. İki böyük qola bölünərək iki axarla axır. Sal çayına sol istiqamətdən tökülür. Sal çayının mənsəbinə 750 km qalmış ona tökülür. Mənsəb Volnı xutoru yaxınlığında yerləşir.