Burak Özçivit (24 dekabr 1984, İstanbul) — Türk aktyor və keçmiş model.
Burak Özçivit | |
---|---|
türk. Burak Özçivit | |
Doğum tarixi | |
Doğum yeri | Sarıyer, İstanbul, Türkiyə[1] |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Fəxriyyə Evcən[2] |
Fəaliyyəti | Aktyor, Model[3] |
Fəaliyyət illəri | 2006-indiyədək |
Təhsili | Mərmərə Universiteti |
Boyu | 184 sm[3] |
Çəkisi | 76 kq[3] |
Mükafatları | Türkiyənin ən yaxşı modeli (2003, 2005)[3] |
IMDb | ID2704629 |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Əslən Qaziantepli olan aktyor, 2001-ci ildə Kazım İşmen liseyindən məzun olub.
Mərmərə Universitetin gözəl peşələr fakültəsi fotoqrafçılıq ixtisasında oxuyub. 2003-cü ildə "Türkiyənin ən yaxşı modeli" müsabiqəsinə qatılmış və "gələcəyi vəd edən model" seçilmişdir.
Yarışmadan sonra Uğurkan Erez agentliyi ilə işə başlamışdır. Daha sonra modelliyi buraxmış, Uğurkan Erezin agentliyində çalışmışdır.
Daha sonra 2005-ci ildə müsabiqəyə yenidən qatılmış və "Türkiyənin ən yaxşı modeli" seçilmişdir. Bundan sonra "Dünyanın ən yaxşı modeli" müsabiqəsində ikinci yerə çıxmışdır. Fərrux Saraç, Abbat, Tween və Network kimi markaların xarici sərgi nümayişlərində vəzifə almışdır.
2006-cı ildə "Mənfi 18" adlı serialında gənc komissar Muradı canlandırmışdır. 2007-ci ilin noyabrında kinoteatrlarda nümayiş etdirilən "Müsəllət" adlı kino filmində rol almışdır. 2008-ci ildə Kanal D-də göstərilən və rejissoru Kartal Tibet olan "Zorakı ər" adlı serialda rol almışdır. Daha sonra Star Tv-də göstərilən "Xəyanət" serialında rol almışdır.
2008-ci ilin yaz aylarında isə "Ata ocağı" adlı serialda Güvən adlı xarakteri canlandırmışdır. Daha sonra "Qeybətçi qız" adlı xarici serialdan dən ilhamlanılan "Küçük Sırlar" adlı serialda Çetini canlandırmışdır. 2011-ci ildə Muhteşem Yüzyıl serialında Malkoçoğlu xarakterini canlandırdı. 2013 - 2014 illəri arasında Prodüseri Timur Savcı, rejissoru Çağan Irmak olan və Rəşad Nuri Güntekin'in eyni adlı əsərindən üçüncü dəfə uyğunlaşdırılan "Çalıquşu" serialının baş rollarında Fəxriyyə Evcən, Burak Özçivit və Begüm Kütük rol aldılar. 23 yanvar 2015-ci il tarixində viziona girən "Aşk Sana Benzer" adlı kino filmində Burak Özçivit baş rolda olmaqla, Fəxriyyə Evcən, Səlim Bayraktar, Yavuz Bingöl ilə birlikdə rol aldı. 15 yanvar 2016-cı il tarixində viziona girən və illər sonra qarşılaşan iki qardaşın hekayəsinin izah edildiyi "Qardaşım Mənim" adlı sinema filmində Murad Boz və Aslı Ənvər ilə birlikdə baş rolda olmuşdur. 2015-ci ilin oktyabr ayında Star TV-də göstərilməyə başlayan, rejissorluğunu Hilal Saral'ın etdiyi baş rollarında Burak Özçivit və Nəslihan Atagül-ün rol aldığı "Kara Sevda" adlı serialda Zerrin Tekindor, Melisa Aslı Pamuk, Kaan Urgancıoğlu, Burak Sergen, Kürşat Alnıaçık da rol almışdır.[4]
2015-ci ildə Fahriyye evcen ilə münasibətləri başladı.[5] 29 İyun 2017 tarixində, Səid Həlim Paşa Yalısında keçirilən mərasimlə evləndi.[6]
Filmlər | |||
---|---|---|---|
Şəkil | İl | Adı | Rolu |
2007 | Musallat | Suad | |
2013 | Zarafa | Həsən | |
2015 | Eşq sənə bənzər | Balıqçı Əli | |
2016 | Qardaşım mənim | Haqan | |
2017 | Qardaşım mənim 2 | Haqan | |
Seriallar | |||
İl | Adı | Rolu | |
2006 | Mənfi 18 | Murat | |
2007 | Zorakı ər | Ömər Özpolat | |
2008 : 2009 | Ata ocağı | Güvən | |
2010 | Xəyanət | Emir | |
2010 : 2011 | Kiçik Sirlər | Çetin Ateşoğlu | |
2011-ci il : 2013 | Möhtəşəm Əsr | Malkoçoğlu Bali Bey | |
2013 : 2014 | Çalıquşu | Kamran | |
2015 : 2017 | Qara Sevda | Kamal Soydere | |
50px | 2019- | Quruluş:Osman | Osman Bəy |
Reklam Filmləri | |||
---|---|---|---|
İl | Məhsul | ||
2010 | Hobby For Men | ||
2012-2016 | Clear Men | ||
2013-2014 | Pepsi |
İl | Mükafatlandırma Mərasimi | Kateqoriya | Layihə | Nəticə |
---|---|---|---|---|
2012 | GQ Men Of The Year Mükafatı Laureatları | İlin Oyunçusu | Möhtəşəm Əsr | Qazandı |
2013 | Qalatasaray Universiteti 2012-in Ən-ləri Mükafatları | Ən Yaxşı Serial Kişi Oyunçu | Qazandı | |
2014 | 12. İlin Ulduzları Mükafatları |
Ən Bəyənilən Kişi Serial Aktyoru | Çalıquşu | Qazandı |
13.Magazinci.com İnternet-KİV - (ən Yaxşı) |
Ən Yaxşı Kişi Serial Aktyoru | Qazandı | ||
4. Elle Style Mükafatları |
Ellə Style İlin Kişi Aktyoru | Qazandı | ||
Körfəz Universiteti 2014-cü ilin Ən-ləri Mükafatları | Ən Yaxşı Aktyor | Qazandı | ||
2016 | 14. İlin Ulduzları Mükafatlarır | Ən Bəyənilən Kişi Film Aktyoru | Eşq sənə bənzər | Qazandı |
4.bilkent Televiziya Mükafatları | Ən Yaxşı Dramatik Aktyor | Qara Sevda | Qazandı | |
23.BTİ-nin EMOS Uğur Mükafatları | İlin Ən Uğurlu Kişi Film Aktyoru | Eşq sənə bənzər | Qazandı | |
16.Magazinci.com İnternet-KİV - (ən Yaxşı) | İlin Tv Çıxışı | Qara Sevda | Qazandı | |
2.Türkiyə Gənclər Mükafatı | Ən Yaxşı Kişi Aktyor | Eşq sənə bənzər | Namizəd | |
Egey Universiteti 5.medya Mükafatları |
Ən Yaxşı Kişi Serial Aktyoru | Qara Sevda | Namizəd | |
10.GSU ən Mükafatları | Ən Yaxşı Serial/Kino Aktyoru | Eşq sənə bənzər | Namizəd | |
43.Qızıl Kəpənək Mükafatları | Ən Yaxşı Aktyor | Qara Sevda | Namizəd | |
Ən Yaxşı Cüt (Nihan & Kamal) | Namizəd |