Burcugül Çubuq (1985, Afyonqarahisar ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]
Burcugül Çubuq | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı | |
Vəzifədədir | |
2 iyun 2023-cü ildən | |
Seçki dairəsi | 2023 — İzmir (1.) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1985 |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Təhsili |
Burcugül Çubuq 1985-ci ildə Afyonqarahisar ilinin Emirdağ ilçəsində anadan olub. 2001-ci ildə Antalyada liseydə təhsil alan illərdə İnqilabçı Lisey Şagirdlərinin (DEV-LİS) üzvü olub. Anadolu Universiteti Təhsil Bölməsindən məzun olub.[1]
Gənc-Sən Tələbə Gənclər Birliyinin qurucularından olub. SDP üzvü olub. Qadınların Azadlığı Qrupunda təmsil olunub. 2009-cu ildə Sülh Naminə Qadınlar Təşəbbüsünün yaradılmasında yer alıb. 2015-ci ildə İnqilabçı Partiyasının qurucularından olub və sədr müavini vəzisində təmsil olunub.[1]
2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İzmir ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Rəqəmsal Media Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]