Burunlu (şişovurd) eliya

Burunlu (şişovurd) eliya (lat. Aelia rostrata) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ.

Burunlu (şişovurd) eliya
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Burunlu (şişovurd) eliya
Beynəlxalq elmi adı
  • Aelia rostrata

Xarici quruluşu[redaktə | mənbəni redaktə et]

Bu növün başı qabaqdan aşağıya doğru az əyilmişdir. Xortum lövhəciklərinin kəsmə qabağının ön təpəsində üçbucaq şəklində iti dişlər vardır. Başına skul lövhəcikləri üzlükdən qabaq tərəfdə ensizdir. Rəngi bozumtul – sarı və bəzən açıq sarıdır. Uzunluğu 10–12 mm-dir.

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Bunlara qışda ziyankar bağacığın qışlama yerlərində daha çox təsadüf olunur. Kütləvi çoxalması müşahidə edilməmişdir. Qidalanan dövürdə əksəriyyətlə sünbüllər üzərində təsadüf olunur. Biologiyası Şişbaşlı eliyaya oxşardır.

Yayılması[redaktə | mənbəni redaktə et]

Azərbaycanda düzən, dağətəyi və dağlıq rayonlarda yayılmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]