Buta Azərbaycan FK

Buta Azərbaycan FKButa Azərbaycan-Koreya Tələbə Təşkilatının futbol komandası.

Buta Azərbaycan FK
Yaranma tarixi 2010

Buta Azərbaycan-Koreya Tələbə Təşkilatı Cənubi Koreyada digər ölkə nümayəndələrinin futbol komandasının olmasını, eyni zamanda bunun yerli və xarici tələbə təşkilatları, digər ictimai qurumlarla əməkdaşlığımıza müsbət təsiri olacağını və ən əsası Koreyada yaşayan müxtəlif ölkə nümayəndələrinin futbol komandaları arasında mütəmadi olaraq hər il sentyabr və mart aylarında başlayan çempionatda Azərbaycanı təmsil etmək məqsədi ilə azərbaycanlı tələbələrdən ibarət Buta Azərbaycan futbol komandasını 2010-cu ildə yaratmışdır.

Bu təşəbbüs Azərbaycanın Cənubi Koreya səfirliyi tərəfindən yüksək qiymətləndirilmiş və Səfirlik zəruri olan bütün maddi-mənəvi dəstəyini əsirgərməmişdir.

Buta Azərbaycan futbol komandasının üzərində loqosu və Azərbaycan bayrağı olan futbol formaları hazırlanmış, Koreyada yaşayan müxtəlif ölkə nümayəndələrinin futbol komandaları arasında keçirilən çempionatda iştirak etmək üçün qeydiyyatdan keçmişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]