Butan–Hindistan münasibətləri

Hindistan–Butan münasibətləriHindistanButan arasındakı ikitərəfli münasibətlər. İki ölkə arasında münasibətlər olduqca yaxın olmuşdur. 1947-ci ildə Hindistan Britaniya imperiyasından ayrıldıqdan sonra Butan üzərində suverenlik əldə edir. O dövrə nisbətdə çox şey dəyişsə də, Hindistan hazırda da Butanın xarici siyasəyinə, müdafiəsinə və ticarətinə təsir etmək gücünə malikdir.

Hindistan–Butan münasibətləri
Hindistan və Butan
 Hindistan  Butan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hindistan iqtisadi, siyasi və mədəıni sahələrdə Butanın əsas həmkarıdır. Hindistan üzərinə xarici ticarətin böyük hissəsi düşür[1]. hindistan vətəndaşları asanlıqkla Butanı ziyarət edə bilirlər. Ancaq digər ölkələrin vətəndaşları butanı demək olar ki, ziyarət edə bilmirlər. Bir çox butanlı hind univertrsitetini bitirmişdir. Hərbi sahədə də Hindistan Butanı dəstəkləyir.

Butan hindistana qarşı nisbətən ehtiyatlı davranır. Bu isə suverenlik və mədəni təsirlə bağlıdır[1].

Özünün mövcudluğu dönəmində Butan daha çox qapalılıq siaysəti yeritmişdir. Ölkə heç bir beynəlxalq təşkilata üzv olmamış, ancaq az saylı ölkələrlə ikitərəfli əlaqələrə sahib olmuşdur. Hələ 1865-ci ildə Butanla Britaniya Hindistanı dostluq haqqında müqavilə imzalamışlar. Butan monarxiya olduğu zaman onu tabıyan ilk ölkə Britaniya hindistanı olur. Müqavilə 1910-cu ildə yenilənir. 1947-ci ildə Hindistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridə butan olur. İki ölkə arasında isti münasibətlər 1850-ci ildə Çin Xalq Respublikasının Tibeti işğal etməsindən sonra daha da güçlənmişdir. İki ölkə arasında sərhəd 605 km-dir. Hindistan butabnın əsas iqtisadi tərəfdaşıdır. Butan eksportunun 98 %, importunun isə 90 % Hindistanın üzərinə düşür[2].

1949-cu il müqaviləsi

[redaktə | mənbəni redaktə et]

8 avqust 1949-ci ildə Hindistan və Butan dostluq haqqında anlaşma imzalayırlar[3]. Lakin Butan xarici siyasətində "rəhbərliyi" Hindistana verməyi qəbul edib və hər iki ölkə xarici siyasət və müdafiə sahəsində yaxından əməkdaşlıq etməyi qərara almışlar. Azad ticarət və ekstradisiya sahəsində müqavilələr imzalamışlar[1].

Tibetik Kommunist Çin tərəfindən işğaılı ölkələri dahada birləşdirmişdir[1][4]. 1958-ci ildə Hindistanın Baş Naziri Cəvahirləl Nehru Butanı ziyarət etmiş və onun müstəqilliyini dəstəkləmişdir. Sonradan Hindistan parlamentində aşıq şəkildə Butanın ərazisinə hücum hindistanın ərazisinə hücum deməkdir yeyə bildirmişdir. Hindistan Butana hərbi yardımlar edir. Hətta ordunun modernləşməsi belə həyata keçirilir.

Hindistan ordusunun sərəncamına Xaadaı və digər ərazilərdə hərbi bazalar təşkil etmək hüququ verilmişdir[5][6]. 1962-ci ildən Butanda IMTRAT (Indian Military Training Team) adlı hind hərbi təşkilatı yerləşir. Onlar Xaada cəmləşmişdir[1].

İsti ikitərəfli münasibətlərə baxmayaraq iki ölkə arasında dövlət sərhədlərinin demarkasiyası 1973—1984-cü illərə qədər gerçəkləşdirilməmişdir. Danışıqlar yolu ilə bir çox məsələlər aradan qaldırılır. Ancaq Sarpanq və Qelephu rayonları ərazisində və Hindistanın Arunaçal Pradeş ştatları ərazisindəki sahələr həll edilməmiş olaraq qalır[1].

2007-ci il müqaviləsi

[redaktə | mənbəni redaktə et]

Butan və Hindistan 1949-cu il müqaviləsini yenidən nəzərdən keçirərək yeni dostluq müqaviləsini 2007-ci ildə imzaladılar. Yeni müqavilədə Hindistan əvvəllər Butanın xarici siyasətinə rəhbərlik etmək məsələsi aradan qaldırılır və Butanın artıq Hindistandan icazə almadan silah idxalını gerçəkləşdirə bilir. 2008-ci ildə Hindistanın baş naziri Manmohan Sinqx Burtanı ziyarət etmişdir. Hindistan 2020-ci ildək Butandan 5 min MVt elektrik enerjisini idxal etməyi qərara almışdır.

  1. 1 2 3 4 5 6 "Tashi Choden. Indo-Bhutan Relations Recent Trends" (PDF). 2013-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-11-14.
  2. "Singh Visits Bhutan to Show India Backs Its Democratic Changes". 2014-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-14.
  3. Hindistan–Butan münasibətləri
  4. "Asia Times Online". 2014-06-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-14.
  5. IMTRAT official page
  6. "IMTRAT's Raising Day wows Haa". 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-14.