Butan milli kitabxanası

Butan milli kitabxanası (NLB) (dzonq-ke འབྲུག་རྒྱལ་ཡོངས་དཔེ་མཛོད, vayli, lat. Druk Gyelyong Pedzö) Butanın paytaxtı Tximpxuda yerləşir. Butanın zəngin mədəni irsini qoruyub saxlamaq məqsədi ilə 1967-cı ildə bu kitabxananın əsası qoyulmuşdur. Kitabxana Butan toxuculuq muzeyi yaxınlığındakı çayın sağ sahilində yerləşir.

Butan milli kitabxanası
འབྲུག་རྒྱལ་ཡོངས་དཔེ་མཛོད
Loqonun şəkli
Xəritə
Ümumi məlumatlar
Ölkə Butan
Yaradılıb 1967
Digər məlumatlar
İşçi sayı
  • 35 nəf.
Sayt Kitabxananın rəsmi veb saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Butan Milli Kitabxanası 1967-ci ildə kraliça Aşi Puntso Çodenin (1911-2003) təşəbbüsü ilə yaradılmışdır. Əvvəlcə bu kitabxanada dəyərli mətnlərin çox da böyük olmayan kolleksiyası mühafizə edilmişdir. İlk əvvəl kitabxana Taşiço-dzonqa mərkəzi qülləsində yerləşirdi. Kolleksiyanın həcminin ölçüsünə görə kitabxana Tximpxuda Çanqanqkxa rayonunda xüsusi məkanda yerləşdirilmişdir. Layihə üzrə dzonqa ənənəvi üslubunda 4 mərtəbəli səkkiz guşəli kompleks inşa edilmişdir. Hökumət xarici səhmdarlları və investorları cəlb etmədən tikintini təmin edə bilmişdir.

23 noyabr, 1984-cü il tarixində Dilqo Kxentse Rinpoçe yeni məkanın təntənəli açılışını həyata keçirmişdir.[1]

Milli arxivlər

[redaktə | mənbəni redaktə et]

Əlavə ikimərtəbəli tikili 2004-cü ildən dövlət sənədlərinin mühafizə edildiyi milli arxivlərlə təchiz edilmişdir. 2000-ci ildə Danimarka ilə əldə olunan razılığa görə arxivlər sənədlərin oddan qorunması, saxlanma şəraitini yaxşılaşdırmaq, xüsusilə də materiallar üçün lazım olan temperatur və rütubəti tələb olunan səviyyədə qoruyub saxlamaq üçün müasir təchizatla təmin edilmişdir.

Milli yaddaş bankında köhnə sənədlər, məktublar və fotoqrafiyaya aid dəyərli mənbələr var. Bu fotoqrafiyanın bir hissəsi mikrofilmlərdən təşkil olunub.

Arxivdə mikrofilmlər istehsalı xidməti fəaliyyət göstərir. Kitabxananın təşəbbüsü ilə, o cümlədən də xüsusi sifariş əsasında kitablar və sənədlərin uzun müddətə təhlükəsizliyi təmin edilir.

Güman edilir ki, ölkənin adət ənənələrinin qoruyub saxlamaq məqsədilə audio və video səs yazısı bölməsi genişləndirilməlidir.[1]

Gələcək planlar

[redaktə | mənbəni redaktə et]

Milli arxivin 10 illik plaında ümummilli tədqiqatların aparılması planlaşdırılır ki, milli önəm kəsb edən sənədlər müəyyənləşdirilsin. Həm də bu tip sənədlərin hansı formada və vəziyyətdə qorunub saxlanıldığı müəyyən edilsin. Kitabxana bu yazılan sahibkarları və mühafizəçilərinə onları etbarlı şəkildə qoruyub saxlayaq üçün dəstək göstərir. Kitabxana rəhbərliyi həmçinin bütün ölkə üzrə audivizual sənədləşdirmə və tədqiqat aparılmasını təmin etmək xüsusi tarixi və audivizual bölmələr yaratmağı nəzərdə tutur.[1]

Butan Milli Kitabxanasına indiyə qədər rəhbərlik edən şəxslər aşağıdakılardırː

  1. Geshe Tshewang (1967-1973)
  2. Lopen Pemala (1973-1993)
  3. Sangay Wangchug (1993-1999)
  4. Mynak R.Tulku (1999-2004)
  5. Dorjee Tshering (2005-2007)
  6. Gyonpo Tshering (2007-2010)
  7. Harka B. Gurung (2010-cu ildən indiyə qədər)[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 "Butan milli kitabxanasının rəsmi veb saytı". 2019-10-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-01.