Butan poçt markaları və poçt tarixi

Butanın poçt və poçt markalarının tarixi 1962-ci ildən başlayır, bu ildən etibarən poçt şöbələrinin açılması və özünə məxsus poçt markalarının nəşr edilməsi başlanıldı. [1] Butan krallığı 1969-cu ildən Ümumdünya poçt birliyinin üzvüdür.

Butanda markaların emissiyası müqavilələr əsasında aparılır, bu müqavilələr xarici filatelistik aqentliklər ilə imzalanır (Yaponiya, İtaliya, Böyük Britaniya və başqaları). Markaların emissiyası ölkə poçtunun tələbindən qat-qat çox olur. Butanın filatelistik tarixində Bert Kerr Todd əhəmiyyətli şəxsiyyət idi. Güman edilir ki, Bert Kerr Todd Buran krallığına ayaq basmış ilk amerikalıdır. Butanın poçt markalarının nəşrinə aid proyektin həyata keçirilməsində köməklik göstərirdi. Berr Toddun səyi nəticəsində Buran öz qeyri ad markaları ilə tanınmış oldu. Bert Todda fikirləşirdi ki, bu markalar bütün dünyada böyük marağa səbəb olacaq.[2]

Poçtun inkişafı

[redaktə | mənbəni redaktə et]

Cənubi Asiyanın Şərqi Himalay dağlarında Butan krallığın 1949-cu ilə kimi Böyük Britaniyanın protektorat statusu var, 1949-cu ildən etibarən Hindistan ilə xüsusi müqavilələri olduğundan azad dövlətə çevrildi, bu müqavilələrdə hind protektoratı nəzərdə tutulurdu. 1962-ci ilə kimi butanın poçt əlaqələri ibtidai vəziyyətdə idi, cüzi miqdarda beynalxalq korrespondensiya göndərilməsi üçün Hindistanın ən yaxın poçt şöbəsindən istifadə edilirdi.

Ən birinci butan poçt şöbəsi 10 oktyabr 1962-ci ildə Hindistanla sərhəddə olan Phunçolinq şəhərində fəaliyyətə başladı. Eyni ildə poçt şöbələri Paro və Butanın paytaxtı olan Thimphu şəhərlərində fəaliyyətə başladılar. Butanın poçt idarəsi ilə dövlətin rabitə nazirliyinin nəznində yaradılan teleqraf və poçt departmenti məşğul olurdu. Butanda vahid poçt xidməti birinci beşillik plan ərəfəsində təşkil olundu və ölkənin balanslaşdırılmış sosial-iqtisadi inkişafına həmiştirak olmalı idi. İlk öncə Butanın poçt xidməti məktubların çatdırılması, poçt açıqcaları və banderollar kimi adi və sadə xidmətlər təklif edirdi. Poçtun ölkədaxili və Hindistana daşınması daşıyıcılar, mullar və hərdən avtomobillərlə həyata keçirildi. Beynalxalq məktublaşma ancaq Hindistan vasitəsi ilə həyata keçirildi.

7 mart 1969-cu il Butan krallığı Ümümdünya poçt birliyinin üzvü oldu, 1983-cü ildə isə Asiya-Sakit okean poçt birliyinə (Asian Pacific Postal Union) qoşuldu.

2010-cu ilin məlumatına görə, Butan krallığın poçt şəbəkəsi 89 nöqtədən ibarətdi.

  1. Stanley Gibbons Stamp Catalogue: Part 21 South-East Asia. 4th edition. London: Stanley Gibbons, 2004, p. 1. ISBN 0852595638
  2. "Bhutan Stamps - History". Bhutanpostagestamps.com. 2008. 2008-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-07.