Butovo mədəniyyəti.

Butovo mədəniyyətiRusiyada Volqa-Oka hövzəsində Mezolit dövrünə (8,5-9,5 min il əvvəl) aid arxeoloji mədəniyyət.[1]

Butovo mədəniyyəti 1976-cı ildə L.V.Koltsev tərəfindən müəyyənləşdirilmiş, Tver vilayətindəki Butovo I düşərgəsinin adı ilə adlandırılmışdır. Düşərgələrdə bəzən yerüstü tikililərin və yarımqazmaların izlərinə rast gəlinmişdir. Butovo mədəniyyəti üçün daş ox ucluqları, mikrolitlər, ərsinlər, tiyələr, bıçaqlar və s. səciyyəvidir. Butovo mədəniyyətinin mənşəyi son paleolit dövrünün Resseta mədəniyyətinin ənənələri ilə əlaqələndirilir. Neolit dövründə bu ərazidə yayılmış Yuxarı Volqa mədəniyyətinin mənşəcə Butovo mədəniyyəti ilə bağlı olmasına dair fərziyyə mübahisəlidir.

  1. Azərbaycan Milli Ensiklopediyası, V cild, Bakı, 2017, səh.133.