Buvo-Blan reaksiyası

Buvo-Blan reaksiyası — Təsirsiz inert atmosfer mühitində mono və dikarbon alifatik turşuların natriumlu efirlərinin reduksiya olunması ilə α-hidroksiketonların (asilinlərin) əmələ gəlməsi.

Tarixi[redaktə | mənbəni redaktə et]

Bu reaksiyanı 1903-cü ildə L. Buvo və Q. Blan kəşf etmişdir.

Mərhələləri[redaktə | mənbəni redaktə et]

Bir neçə mərhələdən ibarətdir:

  • Anion radikalın əmələ gəlməsi
  • Anionun meydana gəlməsi. Reaksiyanın son məhsulu protonlaşmadan sonra α-hidroksiketona (asilin) çevrilən 1,2-keton — enediolatdır

1947-ci ildə A. Ştol və V. Preloq tərəfindən α, ω-dikarbon turşusunun diefirlərindən orta və böyük ölçüdə olan karbotsiklik birləşmələrin sintezini əldə edənə qədər bu reaksiya, üzvi kimyada öz tətbiqini tapmadı. Reaksiya, natrium və aralıq anionların oksidləşməsinin qarşısını almaq üçün argon cərəyanında incə səpələnmiş natriumla qarışdıraraq qaynayan ksilolda aparıldı. Bu halda kondensasiya əla məhsul verdi. Reaksiyanın məhsuldarlığını artırmaq üçün trimetilxlorsilandan istifadə olunur (Dikman kondensasiyasını məhv edir), bu vəziyyətdə əmələ gələn endiolların bis-trimetilsilil efirləri asanlıqla ayrılır və spirtlə qarşılıqlı təsir nəticəsində asilinlər əmələ gətirir. Bu, nəinki reaksiya çıxımını artırır, eləcə də aralıq prosesləri də minimuma endirməyə imkan verir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • О. А. Реутов, А. Л. Курц, К. П. Бутин Органическая химия в 4-х частях, Изд.: "БИНОМ. Лабораторя знаний", М., 2004.
  • Ли Дж. Дж. Именные реакции. Механизмы органических реакций, Изд.: "БИНОМ. Лабораторя знаний", М., 2006.
  • Химическая энциклопедия в 5 томах, Изд.: "Советская энциклопедия", 1988.
  • П. Сайкс, Механизмы реакций в органической химии, Изд.: "Химия", 1991.
  • Начала химии. Современный курс для поступающих в вузы. Н. Е. Кузьменко, В. В. Еремин, В. А. Попков. Изд. "Экзамен", 2006.
  • Вацуро К.В., Мищенко Г. Л. Именные реакции в органической химии. — М.: "Химия", 1976. — 528 с. — 11 000 экз.