Buxar qazanı ― istilik enerjisini suya tətbiq edərək buxar yaratmaq üçün istifadə olunan cihaz.
Buxar qazanı buxar mənbəyi lazım olan istənilən yerdə istifadə olunur. Onun forma və ölçüsü tətbiqetmə sahəsindən asılıdır: paravoz, lokomobil və buxarla işləyən yol nəqliyyat vasitələri kimi mobil buxar mühərriklərində daha kiçik qazan istifadə olunur; stasionar buxar mühərrikləri, sənaye müəssisələri və elektrik stansiyaları adətən boru kəmərləri ilə istifadə nöqtəsinə birləşdirilmiş daha böyük və ayrı buxar generatoru dəstinə malikdir. Diqqətəlayiq istisna kimi odsuz buxar lokomotivini göstərmək olar, orada buxar lokomotivin qəbuledicisinə (çəninə) ötürülür.
Buxar qazanı əsas hərəkətverici mühərrik kimi baxıldıqda buxar maşınının ayrılmaz hissəsidir. Bununla birlikdə, o, ayrı-ayrılıqda nəzərdən keçirilməlidir, çünki müəyyən dərəcədə müxtəlif növ generatorlar fərqli mühərrik aqreqatlar ilə birləşdirilə bilər. Buxar qazanında yanacaq yandıran və istilik yaradan odluq və ya kürə olur. Yaranan istilik qaynama prosesi zamanı buxar yaratmaq üçün suya ötürülür. Beləcə, qaynar suyun üstündəki təzyiqdən asılı olaraq dəyişən sürətə malik dolğun buxar peydə olur. Qazanın istiliyi nə qədər yüksək olarsa, buxar daha sürətlə çıxar. Bu şəkildə əldə edilmiş dolğun buxar dərhal turbin və dəyişən cərəyan generatoru vasitəsilə enerji istehsalı üçün istifadə edilə bilər və ya daha yüksək temperaturadək əlavə olaraq qızdırıla bilər; bu, ölçülmüş su miqdarını əhəmiyyətli dərəcədə azaldır və müəyyən buxar həcmini daha çox iş görməyə məcbur edir və daha böyük istilik qradiyentini yaradır, bu da kondensasiyanın peyda olma ehtimalını azaltmağa kömək edir. Tüstü qazında qalan istənilən istiliyi ya kənara çəkmək olar, yada ekonomayzerdən keçirmək olar, ekonomayzer bəsləyici suyu qazana düşməzdən əvvəl qızdırmaq üçün istifadə olunur.