Buxarlı soyutma

Buxarlı soyutma

Bildiyimiz kimi, suyun mayedən qaz halına çevrilməsi istilik enerjinin udulması ilə müşayiət olunur. Bunun üçün suyu aktiv qaynama temperaturuna çatdırmaq mütləq deyil. Su maye halında qalana qədər effekt istənilən temperaturda özünü büruzə verir və bu temperatur diapazonu insanın rahatlığını təmin edən temperatur sahəsindən xeyli çoxdur. Beləliklə, buxarlanma prosesini sürətləndirdikcə su havadakı istini udacaq. Buxarlı soyutma prinsipi bu prosesin üzərində qurulubdur.

İş prinsipi

Əgər isti quru hava suyla hopdurulmuşbir neçə millimetr qalınlığı olan penoplast və ya lifli filtrdən keçirsə, suyun yarısı buxarlanır. Bunun nəticəsində filtrdən keçən hava bir neçə dərəcə soyuyur. Filtr üçün nəzərdə tutulmuş su mütəmadi olaraqdaima təmiz maye suyla (idealda – distilya olunmuş) doldurulan çəndən təmin olunur. Sadələşdirilmiş buxarlı soyutma sistemi adətən yastı damda quraşdırılır. Konstruktiv olaraq sistemtərəflərinin ölçüsü təxminən 1 metr olmaqla kub şəklində verilir. Çəndə olan su daima filtrlər tərəfindən udulur; udulma kapilyar effektinə əsasən təmin olunur. Suyun eyni dərəcədə qalması üzgəc vasitəsilə təmin olunur. Mərkəzdənqaçan ventilyatorun köməyi ilə xaricdən gələn isti hava sovrulur və filtrlərdən keçir. Bu suyun yarısının buxarlanmağına səbəb olur və beləliklə hava bayırdakından sərin olur. Soyudulmuş və azca nəmləndirilmiş havasoyutma üçün seçilmiş, otağ tavanının mərkəzində yerləşdirilmiş yeganə giriş olan ventilyasiya dəliyindən yaşayış sahəsinə sovrulur. Otaqda konvektiv axınlar quraşdırılır: otağın mərkəzində soyuq hava aşağıya doğru enir və radial istiqamətdə mərkəzdən divarlar boyunca hərəkət edir. İçəridə olan hava döşəmədə yerləşən ventilyasiya dəlikləriylə otağdan çıxarılır. Nəticə olaraq, yaşayış sahəsi mütəmadi olaraq təmiz və sərin havayla təmin olunur (bayırdakı havanın çirklənməmiş olması ehtimal olunur). Yuxarıda izah olunan sistemözünü bir mərtəbəli evlərdə daha effektiv göstərir və ən yaxşısı bu sistemi ev sakinlərinin ən çox vaxt keçirdiyi otağda istifadə etməkdir. Buxarlı soyutma sistemindən çıxan hava hava yolları sisteminə sovrula bilər və bir neçə otağa ötürülə bilər. Lakin, bu soyutma effektivliyini azaldır, çünki hava ötürən yollarda havanın yenidən qızması ehtimalı var. Buxarlı soyutma sistemi havanın çox isti və quru olduğunda daha güclü işləyir. Xarici hava rahatlıq dərəcəsini azacıq aşdığı zamanlarda da sistem yaxşı işləyəcək. Sistemin effektivliyinin ən zəif dərəcəsi xarici havanın nəm olduğu zamanlardır. Yüksək rütubət zamanı buxarlanmanın intensivli az olur. Buxarlı soyutma sistemləri daha çox isti səhra iqlimi olan rayonlarda istifadə olunur: Cənubi Kaliforniya, Arizona və Nyu-Mexiko. Bu sistemlər eləcədə Avstraliyanın isti bölgələrində geniş istifadə olunur.

Buxarlı soyutmanın üstünlükləri

• Buxarlı soyutma sistemi adi kondisionerin eyni dərəcəli sərinləməni etməsi üçün lazım olan elektrik enerjisinin 20%-ni istifadə edir. Yeganə nəzərə çarpan elektrik cərəyanını ventilyator işlədir. Zamanla enerjiyə ayrılan hesablar qənaətin əhəmiyyətli dərəcədə olduğunu göstərəcəklər. • Buxarlı sistemlərin minimal elektrik enerjisi sərf etdiyindən, onları enerji ilə təmin edən elektrik stansiyaları böyük həcmdə istixana və digər zərərli qazlar emissiya etmir. • Buxarlı soyutma sistemləri soyuducu-refrijeratorlardan daha sadədirlər. Onların sıradan çıxması ehtimalı daha azdır. Əgər hər hansı bir detal sıradan çıxarsa, təmirin qiyməti çox yüksək olmayacaq. • Buxarlı soyutma sistemində bəzi köhnə model soyuducu-refrijeratorlarda istifadə olunan, ozon təbəqəsinə zərər gətirən birləşmələr yoxdur. • Xaricdən gələn təmiz hava daima olaraq yaşayış sahəsinə verilir. Bu adi kondisionerləşmə sistemi istifadə etdikdə havanın resirkulyasiyası zamanı yaranan bürkünü aradan qaldırır. • Filtrlər bayırdan gələn havadakı toz və zərərli hissəciklərdən qurtulmağa kömək edirlər. • Buxarlı sistemlər aşırı dərəcədə soyutma yaratmırlar, halbuki, adi kondisionerlər içəridəki havanı dondurucu kamera temperaturuna qədər soyuda bilirlər, belə ki, insan içəri girdiyində soyuq hava divarıyla “toqquşur”. • Isti səhra iqlimli bölgələrdə buxarlı soyutma sistemləri havanın nəmlənməsini təmin edirlər. Bu, çox aşağı rütubətdə yaranan narahatçılığı aradan qaldıra bilər. Halbuki adi sistemlər havadakı rütubəti daha da aşağı salırlar.

Buxarlı soyutmanın qüsurları

• Rütubət yüksək olduğunda sistemə daxil olar xarici hava udmanın doyma nöqtəsinə yaxın olduğundan filtrlərdən çox nəmlik hopdura bilmir. Bu zaman buxarlı soyutma sistemləri yaxşı işləməyəcək. • Bir neçə otaqdan ibarət geniş evdə bir buxarlı soyutma sistemi yalnız bir otağa xidmət edə bilər. əgər hər otaq üçün ayrı buxarlı sistem quraşdırılarsa və eyni zamanda yaxşı termoizolyasiyalı hava ötürücülər sistemi yaradılarsa, geniş evdə havanın soyudulmasını müəyyən dərəcədə təmin etmək olar. Lakin, bu həm qiymətin qalxmasına, həm də sistemin mürəkkəbləşməsinə səbəb olacaq. • Əgər yay vaxtları xarici temperatur Cənubi Kaliforniya səhrasına bənzər bölgələrindəki kimi çox yüksək olarsa, buxarlı soyutma sistemi havanın rahat şəraitə qədər soyudulmasını təmin edə bilməyəcək. • Əgər buxarlı soyutma sistemində su itkisi baş verərsə və damda drenaj nəzərdə tutulmayıbsa, ebin damı və tavanı zədələnə bilər. • Filtr periodik olaraq təmizlənməli və dəyişilməlidir. Bayırdakı havada toz və digər çirkli hissəciklər çoxdursa, bu xidmət sıx-sıx keçirilməlidir.

<"Альтернативная энергетика" Стэн Гибилиско>