Buyan adası (Rostov vilayəti)

Buyan adasıRostov vilayətinin ərazisində, Baqaevskaya kəndində yerləşən bir ada. Aşağı Donun məşhur görməli yerlərindən biri hesab olunur.

Buyan adası
rus. Буян
Ümumi məlumatlar
Sahəsi 0,64 km²
Əhalisi 0 nəfər
Yerləşməsi
47°20′03″ şm. e. 40°22′30″ ş. u.
Ölkə  Rusiya
Buyan adası xəritədə
Buyan adası
Buyan adası

Kəndlilər arasında Stepan Razinin 1669–1670-ci illərdə fars xəzinəsini məhz bu adada basdırdığı barədə əfsanəsi gəzir[1]. Ancaq Rusiya imperiyasının hərbi xəritələrində ada yalnız 19-cu əsrdə müxtəlif adlarla meydana çıxmışdır: Uqlovatı, Buynı, Buyan[2].

Ada 18-ci əsrin xəritələrində yoxdur, bu da Baqaevskaya kəndində fars qızılının olmasına şübhə yaradır[2]. Vaxt keçdikcə Buyan aşağı axar boyunca qum və çamurla lillə artaraq böyümüşdür. Sıx bitki örtüyü ilə örtülmüş ada, zəngim qumlara sahib sahillərə malikdir. Buda çimərliklərin kütləvi istifadəsinə imkan verir. Vəziyyətinə görə ada demək olar ki, həmişə həvəskar balıq ovu üçün əlverişlidir. Buyan Don çayının boyunca uzanır və üçbucağa bənzər formadadır. Bununla belə çayın fəaliyyəti ilə əlaqədar olaraq forması daim dəyişməndir. Baqaevskaya və Buyan 20-ci əsrə qədər Don çayının əsas gəmi yolu olan Donok kanalı ilə ayrılırdı. Simlyansk bəndinin tikintisindən sonra su daşmaları praktiki olaraq dayandı. Kəndin yaxınlığından axan çay tədticən lillə doldu və 20-ci əsrin ikinci yarısında Donok boyunca naviqasiya mümkünsüz oldu. Keçmiş Uqlovataya qolu Donun müasir naviqasiya kanalına çevrilir. Adaya iki körpü aparır: Sovet dövründə maşınlar üçün hazırlanmış "Betonı" və piyadalar üçün "Çuqunnı". Adanın Don tərəfində 2008-ci ilə qədər sərnişin gəmilərini də qəbul edən bir çay priçalının qalıqları qalmışdır. Priçalda kafe vardır. 1913-cü ildə adanın yaxınlığında Rostov maqnatı Paramonova aid olan "Peter" gəmisinin böyük bir soyğunçuluğu baş vermişdir[3].

1941–1942-ci illərdə adada Sovet qoşunları tərəfindən heç vaxt istifadə olunmayan müdafiə xətti çəkildi[4]. Düşmən 1942-ci ilin iyulunda şimal-şərqdən sovet qoşunlarının müdafiəsini darmadağın etmişdir[5].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Шапоренко А. В. А то было на Дону — реке // Светлый путь. 2007. № 76–81 22 июля
  2. 1 2 Шапоренко А. В. Остров сокровищ или остров влюбленных // Светлый путь. 2008. № 90–92 11 июля
  3. К ограблению парохода "Петръ" // Приазовский край. 1913. 21 авг. (№ 218)
  4. Рыбалкин А. Ф., Кононенко В. Э., Пиманова Г. В., Бузняков В. А. История земли Багаевской: очерки истории и культуры. Издание второе, дополненное — администрация Багаевского района, 2003 год. С. 108
  5. Рыбалкин А. Ф., Кононенко В. Э., Пиманова Г. В., Бузняков В. А. История земли Багаевской: очерки истории и культуры. Издание второе, дополненное — администрация Багаевского района, 2003 год. С. 113