BUZLAQ EROZİYASI – yüksək
dağlıq zonası buz kütlələrinin
qravitasiya qüvvəsinin təsiri
altında tədricən aşağı sürüşərək
yolunda rastlaşdığı dağ süxurlarını
parçalaması, relyefdə olan kələ-
kötürlükləri qismən hamarlaması
prosesi.
Buzlağın hərəkəti nəticəsində
onun yatağı tədricən dərinləşir və
troq («təknə» deməkdir) dərələrinin yaranmasına səbəb olur.
Respublikamızda buzlaq eroziyası Böyük və
Kiçik Qafqaz dağlarında 3500-m-dən
yüksək olan ərazilərdə müşahidə
olunur.[1]