Cöhögöy Toyun

Cöhögöy ToyunSaxa türk mifologiyası-nda onların artımına imkan yaradan atların və buynuzlu mal-qaranın himayəçi ilahisidir. Ayığ dərəcəsinə aiddir. Bəzi miflərdə Kainat yaradıcısı Ayığ Xan-ın kiçik qardaşıdır.

Ya insan ya da kişnəyən ayğır obrazında təsvir edilir. İnsanlara atlar göndərir amma əgər qəzəblənsə onları geri ala da bilir. A. İ. Qoqolevanın fikrincə, Saxa türklərin mifologiyasında Cöhögöy Toyun ilə günəş kultu arasında əlaqəsi aydın görünür və eyni zamanda onda ilahi atın günəş mənşəyi haqqında mərkəzi asiya mifi var.

Saxa türklərin təsəvvürlərinə görə dördüncü səmada yaşayır. Görülən səmanın cənub-şərq, qış günəşi çıxan hissəsindədir. Onun taxta evi altıguşəli formalıdır və bayırdan ağ at dərisi ilə üzlənmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]