Cücələrim pirojnası

Biskvit üçün

8 1 stəkan un.

Bəzəməyi üçün:

  • marmelad;
  • qarğıdalı çubuqları;
  • kişmiş.

Krem üçün:

  • 33 %-200 ml qaymaq;
  • 1 stəkan şəkər tozu.

Hazırlanma qaydası

[redaktə | mənbəni redaktə et]

Biskvit xəmiri hazırlayıb, onu keks üçün xüsusi forma qablarına qaşıqla yerləşdirin. 180 dərəcə qızdırılmış sobada 35-45 dəqiqə ərzində bişirin. Sonra bişmiş keksləri forma qablarından çıxarıb soyumağa qoyun.
Qarğıdalı çubuqlarını əlinizlə ovub, üzərinə xırdalanmış kokos əlavə edib, yaxşıca qarışdırırsız. Kremi hazırlamaq üçün: soyudulmuş qaymağı şəkər tozu ilə yaxşıca köpük alınana qədər çalın (qaymağın yağlılığı 33%-dən aşağı olmamalıdır).
Hər keksi eninə 2 hissəyə kəsib, içinə çalınmış qaymaqdan sürtüb yenidən bu hissələri birləşdirin. Keksin qabarıq hissəsini yaxşıca qaymaqla sürtüb, üzərinə qarışdırılmış qarğıdalı çubuqları ilə kokos ovuntularını səpin.
Kişmişin yarı hissəsindən cücənin gözünü hazırlayın.
Qırmızı marmeladdan pipik düzəldin, sarı marmeladdan isə cücənin dimdiyini hazırlayın (dimdiyi kəsilmiş badamdan da hazırlamaq olar).