Digah "Cümə" məscidi[1] — Abşeron rayonu Digah qəsəbəsində yerləşən cümə məscidi. Məscid qəsəbənin daxilinə uzanan Hacı Zeynalabdin Tağıyev küçəsində yerləşir.
Cümə məscidi | |
---|---|
Din | |
Statusu | Cümə məscidi |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Şəhər | Digah |
Yeri | Digah qəsəbəsi, Sülh küçəsi |
Memarlıq | |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Digah Cümə məscidinin inşa tarixi dəqiq məlum deyil. Məscidin təməlinin qoyulması 1430-31-ci illər olması qeyd edilir[2]. Bununla belə məscid hazır ki, formasını alana qədər yenidən tikilmiş və ya təmir-bərpa işləri həyata keçirilmişdir. Məscidin ilkin sahəsi 54 m² olmuçşdur. XIX əsrin əvvəllərində isə əlavə olaraq 81 m² sahə əlavə edilmişdir. 1988-1989-cu illərdə qadınlar üçün tikilmiş hissəsinin sahəsi isə 96 m²-dir.
Məscidin divarlarının qalınlığı 1 metrdir. Tikilinin ümumi uzunluğu 22 m, eni isə əlavə tikililəri ilə birlikdə 12 m olmuşdur. Yerdən tavanadək hündürlüyü 5 m, günbəzədək hündürlük isə 10 metrdir. Məscid karxana daşları ilə tikilib. Günbəzi 4 sütun üzərində dayanıb. Sütunlar tağlarla birləşib. Damı dəmir təbəqə ilə örtülüb. Məscid sadə konstruksiyaya malikdir. Sonradan yanında yardımçı tikililər inşa edilmişdir. Minarəsi sonradan əlavə edilmişdir.