Cüng

Cünk — XX əsrin əvvəllərinə qədər ədəbiyyat həvəskarları tərəfindən tərtib edilən poeziya antologiyaları — əlyazma kitabları.

Cünk sahibinin ədəbiyyata bələdliyi, şəxsi zövqü, savadı, ədəbi mənbələrə bələdliyi, nəhayət, hansı regionda yaşaması onun tərtib etdiyi əlyazma antologiyasının xarakterini və mündəricəsini müəyyənləşdirir. Cünklər həm eyni janrda yazılmış poeziya nümunələrini, həm də müxtəlif janrlı poetik parçaları özündə ehtiva edə bilər. Ədəbiyyat tarixinin öyrənilməsində, habelə mənbəşünaslıq baxımından, cünklərin mühüm əhəmiyyəti var.[1]

  1. Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, səh.495
  • Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.