Cüstanilər sülaləsi — 805–919-cu illər arasında İranın Deyləm bölgəsində mərkəzləri Rey şəhəri olmaq üzrə hökm sürən xanədan.
Abbasilərin bir çox əyalətə eyni ailədən valilər göndərmək məcburiyyətində qaldıqları bir dönəmdə gücləndilər[1].
Geniş bir bölgəyə hökm edən sülalənin ilk idarəçisi Mərziban bin Cüstan oldu. Təsirlərini Salukilərə qapdırana qədər Abbasilərə bağlı olaraq Qəzvin, Gilan və Zəncan bölgələrini idare etdilər. Ünlü tarixçi Cüveyninin bildirdiyinə göre məşhur Əlamut qalası 860-cı ildə I Cüstan dövründə inşa edilməyə başlanmışdır.