Cığatıçay

Zarrinehçay və ya Cığatıçay — İranın KürdüstanQərbi Azərbaycan ostanlarından axan çay. Uzunluğu 302 km-dir. Saqqızın şimalından, Kürdüstan ostanındakı Zaqros dağlarından başlayır və burda "Yaquti çay" kimi tanınır.

Zarrinehçay
Ölkə
Mənsəbi Urmiya gölü
Uzunluğu
  • 302 km
Hövzəsinin sahəsi 13.000 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cığatı çayı şimala doğru, Qərbi Azərbaycan ostanının sahili boyunca axır və şəhid kazemi bəndinə tökülərək böyük su ehtiyatı yaradır. Burda bir stansiya var. Bu çay şimala və azca qərbə doğru uzanaraq və Şahin Dej, Miandoab, Keşavərzdən keçərək Urmiya gölünə tökülür. Urmiya hövzəsi sularının çoxundan fərqli olaraq çoxillikdir. Çayın gücü mövsümdə saniyədə 50 kub metrdən suların azaldığı dönəmdə saniyədə 10 kub metrə qədərdir.