Cırtdan

Cırtdan
Güllərdən düzəldilmiş Cırtdan
2010-cu ildə Azərbaycan markasına Cırtdan və div

Azərbaycan nağılları personajlarından biri də Cırtdandır. Cırtdanın əhvalatı çox məşhurdur, ancaq onun öz yoldaşları ilə birlikdə divin evində keçirdiyi bir gecənin təfsilatını çoxlarının yadındadır. Div gecə yarı uşaqların yatdığı otağa daxil olub "kim yatmış, kim oyaq?" deyə soruşmuşdu, Cırtdan isə ona "hamı yatmış Cırtdan oyaq" cavabını vermişdi. Cırtdan Divə qalib gəlmişdi.

Cırtdan sevimli qəhrəman olduğundan valideynlər çox vaxt körpələri nəvazişlə "cırtdan" adlandırırlar. Analar övladlarına layla deyib, oxşayanda oxuyardılar:

Ağlama, cırtdan bala,
Ağzi yoğurtdan bala.
Gedim, unu ələyim,
Gəlim, səni bələyim.