Cırtdan Afrika gürzəsi (lat. Bitis peringueyi) — Afrika gürzələri cinsinə daxil olan zəhərli ilan növü.
Cırtdan Afrika gürzəsi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Cırtdan Afrika gürzəsi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Ümumi uzunluqların 20–25 sm arasında dəyişir. Maksimal uzunluqları isə 32 sm-dir. Dişilər erkəklərdən həm iri həm də uzun olur. Başları enli və hamar olur. Bədənləri isə olduqca kökdür. Göz ətrafında pulcuq yoxdur. Rəngi boz və qəhvəyi-sarıdır. Quyruqlarının sonucu adətən qara olur.
Qumlu səhralarda yaşayır. Təhlükə anında qumun alrına gömülür. Gündüz və gecə aktiv ola bilir. Gündüzlər adətən kolların arasında gizlənir. Qumda gizlənərkən burun dəliklərini və quyruğunu açıqda saxlayır. Adətən kiçik kərtənkələlərlə (Meroles və Aporosaurus) və onurğasızlarla qidalanır.
Zəhərinin miqdarı elədə çox olmadığından zəhərlənmiş kərtənkəklə 10–20 dəqiqədən sonra ölür. İnsanda isə yerli ağrılar və şişkinlik meydana gəlsə də ölüm faktoru yoxdur.
Diri bala doğur. 10 bala doğan canlının balalarının uzunluqları 10–13 sm arasında dəyişir.
Növə əsasən Anqola və Namibiyada rastlamaq mümkündür. Namib səhrasında daha çox müşahiodə edilir.