Cırtdan ağdiş (lat. Suncus etruscus) Yereşənlər fəsiləsinə lat. Soricidae aid olan ən kiçik məməli növüdür.
Cırtdan ağdiş | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Cırtdan ağdiş |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Ən kiçik məməli heyvandır. Baş ilə birlikdə bədənin uzunluğu 1 sm-dan 4 sm-ya qədər çatır, quyruğun uzunluğu 22–31 mm, arsa pəncəsinin uzunluğu 6,8–8,1 mm olur. Bədənin tük örtüyü üst hissədə açıq qonur və ya qəhvəyi boz, alt hissədə isə bozumtul və ya boz-ağımtıl rəngdə olur. Quyruğun uc hissəsi tüklərlə qurtarır[3].
Avrasiyanın cənubunda, Cənubi və Şərqi Afrikada, Mərkəzi Asiyada və Zaqafqaziyada yayılmışdır. Geniş arealına baxmayaraq hər yerdə nadirdir. Azərbaycanda tək-tək fərdlər, əsasən Lənkəranda və Kür — Araz ovalığında (Şirvan, Mil, Muğan düzləri) rast gəlinir[4]. Gürcüstanda isə əsasən Tbilisi bölgəsində rast gəlinir.
Biotopları müxtəlifdir – qumluqlar, kolluqlar, bağlar, müxtəlif tikililər. Quru yerlərə üstünlük verirlər. Gəmiricilərin yuvalarında, daşların altında məskunlaşırlar. Kiçik onurğasızlarla qidalanırlar. 3–5 bala verirlər. Biologiyası öyrənilməyib.
Sayı: Hər yerdə nadirdir. Tələyə düşməsi 100 tələ/sutkaya 0,02 %-ı keçmir.
Sığınacaqları örtülü yerlərdə yerləşir və bu heyvanlar yalnız nadir hallarda təsadüfən narahat edilə bilərlər. Bu növün nadir olması və zəif öyrənilməsi hər bir fərdin mühafizəsinə ehtiyac yaradır.
Cırtdan ağdiş çox mahir ovçudur. O, özündən 2 dəfə böyük canlıları belə ovlaya bilir. Əsasən böcəklərlə və böcək yumurtaları ilə qidalanırlar. Ən çox sevdiyi isə hörümçək və çəyirtkəkimilərdir