Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, yönləndirilə və ya silinə bilər. |
Cəbrayıl Fəyaz oğlu Əsgərov — şəhid.
Cəbrayıl Əsgərov | |
---|---|
Cəbrayıl Fəyaz oğlu Əsgərov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vəfat tarixi | |
Vəfat yeri | Ağdərə |
Cəbrayıl Əsgərov 1965-ci ildə Bibiheybət qəsəbəsində anadan olub[1]. 1972-ci ildə 50 saylı orta məktəbin birinci sinfinə daxil olub, 8-ci sinfi bitirdikdən sonra təhsilini Səbail rayonunun 49 saylı orta məktəbində davam etdirib, sonradan peşə məktəbində təhsil alıb. Hərbi xidmətini başa vurduqdan sonra C.Əsgərov Neft Daşlarında çalışıb.
Ermənilərin Azərbaycanın dilbər guşəsi olan Qarabağda azərbaycanlılara qarşı hücumlarına, törətdikləri haqsızlıqlara dözə bilməyən Cəbrayıl, 1992-ci ildə könüllü olaraq yenicə yaradılan Milli Ordu sıralarına qoşulub və bir sıra qanlı döyüşlərin iştirakçısı olub.
1992-ci ilin avqust ayının 28-də Ağdərə rayonunun Mehmanə kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub və Şəhidlər xiyabanında dəfn olunub.
Şəhidin atasının adı Fəyaz, anasının adı isə Bağdagül xanım.
Şəhidin oxuduğu və hazırda adını daşıyan 50 saylı məktəbin fasadına xatirə lövhəsi vurulmuş.
2013-cü ildə şəhidin oxuduğu məktəbin akt zalında şəhid C.Əsgərovun xatirəsinə həsr olunan "Donmuş arzular" adlı ədəbi-bədii tədbir keçirilib.