Cəbrayıl Ələkbər oğlu Hüseynov (13 yanvar 1914 – 1969) — Kimya elmləri doktoru, professor.
Cəbrayıl Hüseynov | |
---|---|
Doğum tarixi | |
Vəfat tarixi | |
Vətəndaşlığı | SSRİ Azərbaycan |
Elm sahəsi | Kimya |
Elmi dərəcəsi | Kimya elmləri doktoru (1962) |
Elmi adı | Professor |
İş yeri | BDU Kimya-texnologiya kafedrası |
Təhsili | ADNA-nın Kimya-texnologiya fakültəsi |
Cəbrayıl Hüseynov 13 yanvar 1914-cü ildə anadan olmuşdur. O, 1930-cu ildə Azərbaycan Sənaye İnstitutunun (hazırda ADNA) Kimya-texnologiya fakültəsinə daxil olmuş, 1935-ci ildə bitirmişdir.
Cəbrayıl Hüseynov 1950-ci ildə namizədlik, 1962-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, professor elmi adı almışdır. O, çoxsaylı proseslərin və sənayedə tətbiq olunan ixtiraların müəllifidir.
C. Ə. Hüseynov uzun illər Yeni Bakı Neftayırma, Azərneftyağ, Sintetik kauçuk zavodlarında rəhbər vəzifələrdə çalışmışdır. Onun əmək və elmi fəaliyyətinin əsas hissəsi Bakı neftayırma zavodlarında Azərbaycan neftlərindən istehsal olunan sürtgü yağlarının istehsal texnologiyasının təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılmasına həsr olunmuşdur.
C. Ə. Hüseynov 1961–1967-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin dekanı, eyni zamanda "Kimya texnologiyası" kafedrasının müdiri vəzifəsində çalışmışdır. Onun BDU-da neft texnologiyasına dair oxuduğu mühazirələr üç hissədən ibarət dərslik halında dərc edilmişdir. Bu dərsliklər rumın və çin dillərinə tərcümə edilmişdir. Cəbrayıl Hüseynov 7 monoqrafiya, 187 elmi əsər, 10 patentin müəllifidir, 8 elmlər namizədi hazırlamışdır. C. Ə. Hüseynov 1959-cu ildə Sumqayıt şəhərindən Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş, bir sıra medallarla təltif edilmişdir.[1]