Cəfər Cəfərov (dilçi)

Cəfər Mehdi oğlu Cəfərov (22 dekabr 1904–8 dekabr 1968) — dilçi, tərcüməçi.

Cəfər Cəfərov
Cəfər Mehdi oğlu Cəfərov
Doğum tarixi
Doğum yeri Bakı
Vəfat tarixi (63 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı Azərbaycan
Elm sahəsi Alman dili
Elmi adı professor

Həyatı[redaktə | mənbəni redaktə et]

Cəfər Mehdi oğlu Cəfərov 22 dekabr 1904-cü ildə Bakı şəhərində hərbçi ailəsində anadan olub. 1912–1917-ci illərdə Bakı şəhəri A. P. Yemilyanov adına gimnaziyada, 1918–1920-ci illərdə Bakı şəhəri IV kişi gimnaziyasında orta təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Politexnik İnstitutunun Mühəndislik fakültəsinə daxil olub, lakin müəyyən səbəblərdən təhsilini Almaniyada davam etdirib. 1922-ci ildə Almaniyanın Berlin Universitetinin nəzdində fəaliyyət göstərən Alman dilinin Tədrisi İnstitutuna daxil olub, burada təhsilini bitirdikdən sonra Berlin Kommersiya

İnstitutunda təhsilini davam etdirib və buranı 1926/27-ci illərdə bitirib. 1927-ci ildə hərbiyə cəlb olunub. 1937-ci ildə Təkminləşdirmə İntitutunun nəzdində fəaliyyət göstərən Xarici dil müəllimlərinin hazırlanması üzrə kurs keçib. 1937-ci ildən V. İ. Lenin adına APİ-nin Xarici dillər fakültəsində çalışıb. 1941–1943-cü illərdə Böyük Vətən Müharibəsində iştirak edib. 1943-cü ildə yenidən V. İ. Lenin adına APİ-də pedaqoji fəaliyyətini davam etdirib. 1948-ci ildən Azərbaycan Pedaqoji Xarici dillər İnstitutunun Praktik alman dili kafedrasında baş müəllim, 1948-ci ildə Alman dili fakültəsinin dekanı, 1949-cu ildən Alman dilinin fonetikası kafedrasının müdiri vəzifələrində çalışıb. Fonetikanın nəzəri və metodiki mövzularında 22 məqaləsi nəşr olunub, respublikanın orta və ali təhsil müəssisələri üçün alman dili üzrə dərsliklərin həmmüəlifi, "Almanca-Azərbaycanca lüğət"in redaktoru və həmmüəlifidir, çoxlu sayda tərcümələrin müəllifidir.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Əmək və müharibə veteranı Cəfər Cəfərov "Şərəf nişanı" ordeni, "Böyük Vətən Müharibəsində göstərdiyi şücaətə görə", "Əmək fəaliyyətindəki xidmətlərinə görə", "Əmək veteranı" medalları ilə təltif olunub, Azərbaycan SSRİ-nin əməkdar müəllimi fəxri adına layiq görülüb, çoxlu sayda təşəkkürnamələri var.