Cəfər Cabbarlı (film, 1969)

Bu məqalə 1969-cu ildə çəkilmiş Cəfər Cabbarlı filmi haqqındadır. Digər mənalar üçün Cəfər Cabbarlı (dəqiqləşdirmə) səhifəsinə baxın.

Film görkəmli dramaturq və böyük vətəndaş, xalqımızın fəxri Cəfər Cabbarlının anadan olmasının 70 illiyinə həsr olmuşdur.

Cəfər Cabbarlı
Janr bioqrafik
Rejissor Oqtay Mirqasımov
Ssenari müəllifi Oqtay Orucov
Operator Zaur Məhərrəmov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1969
Filmin növü qısametrajlı sənədli film
Ölkə SSRİ SSRİ
İl 1969
Texniki məlumatlar 3 hissə
750 metr
35 mm

Filmdə, hər şeydən əvvəl, Cəfər Cabbarlı bir vətəndaş kimi, mənalı həyatını doğma xalqına xidmətdə görən, qeyri-adi istedadını xalqının maariflənməsi, Azərbaycan qadınının çadra hökmranlığından tamamilə azad olması uğrunda qələmi ilə mübarizə aparan şəxsiyyət kimi əks etdirilmişdir.

Kinolentdə kino və foto arxivə, müxtəlif sənədlərə müraciət edilmiş, böyük ustadın yaxın qohumları və qələm, sənət dostları ilə söhbət aparılmış, əsərlərindən səhnələr verilmişdir.

Dramaturq, şair, nasir, teatr və kino xadimi kimi tanınmış Cəfər Cabbarlının böyük əməlləri bu gün də, sabah da yaşayacaqdır. Bu fikir filmin əsas qayəsini təşkil edir.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Oqtay Mirqasımov
Ssenari müəllifi: Oqtay Orucov
Operator: Zaur Məhərrəmov
Səs operatoru: Akif Nuriyev