Bu məqalə Cəfər Cabbarlı mədəniyyət evi haqqındadır. Digər mənalar üçün Cəfər Cabbarlı (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Cəfər Cabbarlı adına mədəniyyət evi — Sumqayıtda mədəniyyət evi
Sumqayıtda ilk mədəniyyət evi sayılan C.Cabbarlı adına mədəniyyət evi 1952-ci ildə BTZ zavodunun nəzdində yaradılmışdır. Burada xalq teatrı, estrada, aşıqlar, nəfəs alətləri ansamblları fəaliyyət göstərirdi. Daha sonralar mədəniyyət evində rəqs və rus dram dərnəkləri yaradıldı. 1960-cı illərdə Rusiyada Kreml sarayında xalq teatrının əsasında "Fərhad və Şirin" tamaşası göstərilmişdir. Dərnək üzvləri – Məmməd Ələkbərov, Svetlana Həşimova, Səkinə Süleymanova, Sabir Əliyev respublikanın tanınmış teatr xadimləridir. 1970-ci ildə mədəniyyət evində bal rəqsləri, 1984-85-ci illərdə şəhərimizdə ilk dəfə olaraq qızlardan ibarət xalq çalğı alətləri ansamblları yaradılmışdır. 2000-ci ilin sentyabr ayından etibarən, mədəniyyət evi Sumqayıt şəhər Mədəniyyət İdarəsinin tabeliyinə verilmişdir.
"Bərgüşad" instrumental ansamblı, "Break dance", "Gözbağlayıcı", "Milli rəqs" kimi kollektivlər yenicə yaranmışdır. Milli rəqs kollektivi dəfələrlə Türkiyədə qastrol səfərlərində olmuşdur. "Bərgüşad" instrumental ansamblı dəfələrlə "N" hərbi hissəsində əsgərlər qarşısında çıxış etmiş, diplom və fəxri fərmanlara layiq görülmüşdür. Ümumiyyətlə, mədəniyyət evinin özfəaliyyət kollektivləri mütəmadi olaraq dövlət əhəmiyyətli tədbirlərdə iştirak edir, şəhər əhalisinin asudə vaxtının səmərəli keçirilməsinə şərait yaradır.
Sumqayıt şəhəri ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |