Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 6 gün əvvəl Firuza (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu, tənha məqalədir. Çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. Lütfən, əlaqəli məqalələrdən bu səhifəyə keçid verməyə çalışın. |
Şiriyev Cəfərağa Ağabala oğlu — “Azvirt” MMC-nin baş mühəndisi,Əməkdar Mühəndis (2012-ci il)
Cəfərağa Şiriyev | |
---|---|
Cəfərağa Ağabala oğlu Şiriyev | |
“Azvirt” MMC-nin baş mühəndisi | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri |
SSRİ Azərbaycan SSR Salyan şəhəri |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | Azərbaycan Politexnik İnstitutu |
İxtisası |
Avtomobil yolları üzrə mühəndis |
Dini | İslam |
|
|
Təltifləri | Əməkdar Mühəndis |
Şiriyev Cəfərağa Ağabala oğlu 19 mart 1952-ci ildə Salyan şəhərində anadan olmuşdur.
1968-cı ildə Salyan şəhərində orta məktəbi bitirmişdir.
1974-cü ildə Azərbaycan Politexnik İnstitutunu bitirmiş və avtomobil yolları üzrə mühəndis ixtisasını almışdır.
Cəfərağa Şiriyev 1974 -1978-ci illər ərzində Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin 12 saylı Yol Tikinti İdarəsində iş icraçısı və baş mühəndis vəzifələrində işləmişdir.
O, 1978-1990-ci illər ərzində 6 nömrəli “Xüsusiyoltrest” İdarəsində iş icraçısı, baş mühəndis, 1990-1992-ci illər ərzində “Azərneft” Yol Tikinti Təmir Trestinin 1 nömrəli Yol Tikinti İdarəsində baş mühəndis və həmin idarənin rəisi vəzifələrində işləmişdir.
1992-1993-cü illərdə C.A. Şiriyev Bakı şəhər İcra Hakimiyyətinin “Yoltəmirtikinti” Baş İstehsalat İdarəsində Elmi-İstehsalat Müəssisəsinin direktoru, 1993-1995-ci illər ərzində "Azərneft" Yol Tikinti Təmir Trestinin 3 nömrəli Yol Tikinti İdarəsinin rəisi, 1995-ci ildə Yol Təmir Trestində Baş İstehsalat İdarəsinin Şəhər Yolları istismarı idarəsində rəis müavini vəzifəsində işləmişdir.
C.A. Şiriyev noyabr 1995-ci ildən “Azvirt” Azərbaycan-Almaniya Birgə Müəssisənin Asfalt-Beton İstehsalı zavodunun direktoru vəzifəsində işləmişdir.
2004-cü ildə müəssisənin adı dəyişdirilərək "Azvirt" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmış və həmin tarixdən hal-hazırkı vaxta kimi o, “Azvirt” MMC-nin baş mühəndisi vəzifəsində işləyir.
“Azvirt” MMC-nin yarandığı vaxtdan bu günə kimi həyata keçirdiyi elə bir layihə yoxdur ki, Cəfərağa Şiriyevin orada zəhməti və rolu olmasın.
Heydər Əliyev Beynəlxalq Aeroportunda, Gəncə, Lənkəran, Zaqatala, Qəbələ, Yevlax Hava Limanlarında yeni uçuş-enmə zolaqlarının tikintisi və yenidənqurma işləri, Heydər Əliyev Beynəlxalq Hava Limanında Yeni Aerovağzal Kompleksinin və Hava Nəqliyyatına Nəzarət Qülləsinin tikintisi, Mövcud Aerovağzal Terminalının yenidənqurulması, Şəmkir-Qazax avtomobil yolunun yenidənqurulması, Böyük Şor dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı Avtomobil Yolunun Yenidənqurulması, Heydər Əliyev Beynəlxalq Hava Limanı-Bilgəh qəsəbəsi avtomobil yolunun yenidənqurulması, Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi (km 0,00÷42,00), Bakı-Ələt avtomobil yolunun 2÷6 km hissəsinə (Dövlət Bayrağı Meydanına gedən yol) bağlantı yollarının əsaslı təmiri, Qəbələ-Ağdaş avtomobil yolunun (0÷22 km) tikintisi, Qəbələ rayonu, Mirzəbəyli - Çuxur Qəbələ - Dızaxlı - Çarxana avtomobil yolunun yenidənqurulması, Buzovna-Mərdəkan-Qala avtomobil yolunun yenidənqurulması, Nobel prospektinə paralel dənizkənarı 8 hərəkət zolaqlı yeni avtomobil yolunun tikintisi, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq Koroğlu metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi, Ağ şəhər layihəsi çərçivəsində avtomobil yollarının tikintisi, Qala - Pirallahı avtomobil yolunun yenidənqurulması, Altıağac - Xızı avtomobil yolunun yenidənqurulması, Mingəcevir-Mingəçevir Stansiyası yolunun yenidənqurulması, 2016-cı ildə Bakı şəhərində "Formula-1 Avropa Qran Pri" yarışlarının keçirilməsi üçün təmir işləri, Serbiya Respublikasında E763 magistral yolunun tikintisi: Belqrad–Juzni Jardan və digər çoxlu sayda layihələrin həyata vəsiqə almasında Cəfərağa Şiriyevin böyük əməyi olmuşdur və o, müəssisənin baş mühəndisi kimi üzərinə düşən vəzifələri yüksək peşəkarllıqla yerinə yetirərək ona göstərilən etimadı doğrultmuşdur.
1974-cü ildə Azərbaycan Politexnik İnstitutunu bitirdiyi vaxtdan taleyini ölkə tikinti kompleksinə bağlayan və fasiləsiz olaraq 46 il əmək stajına malik olan Cəfərağa Şiriyev ölkə tikinti kompleksində hələ çox illər böyük yol-infrastruktur layihələrinin həyata vəsiqə almasına imza atacaqdır. Onun böyük uğurları qabaqdadır.
Azərbaycan Respublikasında inşaat sahəsinin işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə Şiriyev Cəfərağa Ağabala oğlu inşaat sahəsində səmərəli fəaliyyətinə görə ən yüksək mükafata - “Əməkdar Mühəndis” fəxri adına layiq görülmüşdür.[1].
Ailəlidir, 3 övladı var. Həyat yoldaşı Südabə Nurəddin qızı kimyaşı texnoloqdur, hal-hazırda təqaüddədir. Böyük qızı Mövsümova Töhfə Cəfərağa qızı ali təhsillidir və Tibb Kollecində müəllim vəzifəsində işləyir, ailəlidir. Ortancıl qızı Rəhimova Günel Cəfərağa qızı “Atəşgah” sığorta şirkətində şöbə müdiri vəzifəsində işləyir, ailəlidir. Ailənin kiçik qızı Hacıyeva Gülnar Cəfərağa qızı isə İqtisadiyyat Nazirliyində sektor müdiri vəzifəsində işləyir, ailəlidir.