Cəhənnəm qapıları

Cəhənnəm qapıları (türkm. Derveze) — Türkmənistanda yerləşən qaz krateridir. Ərbənt aulundan 90 km məsafədə yerləşir. Kraterin diametri 60 metr, dərinliyi təxminən 20 metrdir.

1971-ci ildə sovet geoloqları Türkmənistanın Darvaza kəndinin yaxınlığında yeraltı qazların toplaşdığı yer aşkar etmişdilər. Qazma işləri nəticəsində qeoloqlar yeraltı boşluqla qarşılaşmışlar və nəticədə yer qatı ucaraq qaza dolu böyük çuxur əmələ gəlmişdir. Qazma qurğuları və nəqiyyat vasitələri çuxura düşmüş, buna baxmayaq insan tələfatı qeydə alınmamışdır. İnsan səhhəti üçün təhlükəli olan qazın ətrafa yayılmaması üçün, alimlər həmin qazları yandırmağı qərara alırlar. Geoloqlar hesab edirdilər ki, yanğın bir neçə günə sönəcək, lakin olnar səhv etmişdilər.1971-ci ildən indiyə qədər kratedən çıxan qazlar gecə-gündüz fasiləsiz olaraq yanmağa davam edir.

2004-cü ildə Darvaza kəndi ləğv edilmişdir[1]. 2010-cu ildə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov "Cəhənnəm qapısı"nı ziyarət etmiş və regionun digər qaz yataqlarındakı hasilata zərər gəlməsin deyə  çuxurun doldurulması ilə bağlı göstəriş vermişdir.[2].

2013-cü ilin noyabr ayında məşhur kanadalı səyyah və tədqiqatçı Corc Koronis nümunələr götürmək və araşdırma aparmaq məqsədilə çuxurun dibinə enmişdir. O, kraterin dibində yüksək temperaturda yaşaya bilən bakteriyalar aşkar etməyə müvəffəq olmuşdur. Bu bakteriyalara yer üzünün digər nöqtələrində rast gəlinmir və həmin bakteriyalar kraterin dibindəki kiçik ekosistemdə rahatlıqla mövcud olurlar.[3]

Kraterin ətrafında daha iki belə çuxur mövcuddur. Həmin kraterlər yanmış, belə ki, orada qazın təzyiqi daha azdır. Kraterlərdən birinin dibində açıq boz rəngli köpüklənən palçıq, digərinin dibində isə firuzəyi rəng çalara malik maye mövcuddur.

Mütəxəssislər hesab edirlər ki, maili qaza üsulu tətbiq etməklə 3 quyudan ikisi istismar edilə bilər (ehtimal edilir ki, buradakı qaz ehtiyatı sənaye əhəmiyyətlidir)

  1. "вМестах". 2011-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-25. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. "Сообщение агентства Рейтер (япон". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-25. (#redundant_parameters); (#redundant_parameters)
  3. "Врата ада пригрели жизнь".