Cəlil Xəlilov (geoloq)

Cəlil Mustafa oğlu Xəlilov (1900-1976) — geologiya-mineralogiya elmləri doktoru, professor.

Cəlil Xəlilov
Doğum tarixi 1900
Vəfat tarixi 1976

Cəlil Xəlilov 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin təbiət fakültəsini bitirdikdən üç il sonra elmə gəlmişdir. Cəlil Mustafa oğlu geologiya elminin istiqamətlərindən biri — mikropaleontologiya ilə məşğul olmuşdur. O, ancaq mikrofaunaları müəyyən etməklə yox, həm də onların ekocoğrafi şəraitini, coğrafi yayılmasını, zaman və məkan daxilində təkamülünü və başqa regionlarda yaşamış qohum növləri ilə müqayisəsini tədqiq etməklə bir çox nəzəri, eləcə də praktiki problemləri həll etmişdir.

  • Məcid Ə. Bağmanov, Elm fədaisi, böyük alim prof. Cəlil Mustafa oğlu Xəlilov haqqında xatirələrim. Azərbaycan paleontologiya cəmiyyətinin 4 saylı toplusu. Bakı, 2001.
  • B. Budaqov, GÖRKƏMLİ MİKROPALEONTOLOQ, Azərbaycan paleontologiya cəmiyyətinin 4 saylı toplusu. Bakı, 2001.