Cəmşid Oruc oğlu Cəfərov (18 yanvar 1973 – 28 iyun 1994, Gədəbəy rayonu) — Azərbaycanlı şəhid.
Cəmşid Cəfərov | |
---|---|
Cəmşid Oruc oğlu Cəfərov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gədəbəy rayonu İsalı kəndi |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Gədəbəy rayonu |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Gədəbəy rayonu |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1991-1994 |
Rütbə | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
Cəfərov Cəmşid Oruc oğlu 18 yanvar 1973-cü il tarixdə Gədəbəy rayonu İsalı Sovetliyinin Mutudərə kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1980-ci ildə Mutudərə kənd məktəbinin 1-ci sinfinə daxil olmuş və 1989-cu ildə həmin məktəbin IX sinfini bitirmişdir. 1991-ci ilin may ayında hərbi xidmətə yola düşmüşdür. Hərbi xidmətdə olarkən Azərbaycan torpaqları uğrunda gedən döyüşlərdə iştirak etmiş və 1994-cü il iyun ayının 28-də döyüş zamanı mərdliklə vuruşaraq şəhid olmuşdur.